Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:34

Ukraynada seçkilər - [YENİLƏNİB]


Ukraynda yerli seçkilər
Ukraynda yerli seçkilər

-

Ukraynada yerli idarəetmə orqanlarına seçkidə 200-dən çox seçki məntəqəsinin qapısı bağlı qalıb. Ölkənin daxili işlər nazirliyinin məlumatına görə, daha çox pozuntular Mariupol və Krasnoarmeyskidə qeydə alınıb. Yerli seçki komissiyaları səhv çap edilmiş bülletenləri qeydə almaqdan imtina etdiklərinə görə həmin rayonlarda seçki ləğv edilib.

“Petro Poroshenko bloku” partiyasından bildirilib ki, Mariupolda seçkinin ləğvizə səbəb Bülletenlərin keyfiyyətli hazırlanmaması, onların tirajı üzərində nəzarətin itirilməsi olub. Prezident tərəfdarları Mərkəzi Seçki Komissiyasına müraciət ediblər ki, Mariupolda səsverməni başqa vaxta təyin etsin.

Bütövlükdə Ukraynada bu gün 30 mindən çox seçki məntəqəsinin açıldığı deyilir. Ölkədə şəhər merləri və 10 mindən çox bələdiyyə sədr və nümayəndələri seçilir.

*****

Arseniy Yatsenyuk Ukraynanın baş naziri səs verir
Arseniy Yatsenyuk Ukraynanın baş naziri səs verir

Ukraynada yerli idarəetmə orqanlarına seçkilər davam edir.

“Ukraynskaya pravda”nın yaydığı məlumata görə, Mariupol şəhərində səsvermə baş tutmayıb, seçki məntəqələrinin qapısı seçicilərin üzünə açılmayıb. Şəhərin seçki komissiyası bülletenləri almadıqlarını bildiriblər.

Donetsk əyalətinin Krasnoarmeyski rayonunda da seçki məntəqələri açılmayıb. Rayonun seçki komissiyasından bildirilib ki, səbəb seçki bülletenlərinin çapında səhvin olmasıdır.

Ukraynada yerli idarəetmə orqanlarına seçkilər 33 min seçki məntəqəsində aparılır.

*****

25 oktyabr - Ukraynada yerli seçkilər keçirilir
25 oktyabr - Ukraynada yerli seçkilər keçirilir

Oktyabrın 25-i Ukraynada yerli seçkilər keçirilir. Seçicilər Rusiya yönümlü separatçıların nəzarəti altında olan şərq regionu və Rusiyanın ilhaq etdiyi Krım istisna olmaqla, Ukraynanın hər yerində bələdiyyə sədri və bələdiyyə orqanlarına nümayəndələr seçirlər.

Seçki məntəqələri yerli vaxtla səhər saat 8-də açılıb və axşam 8-də qapadılacaq.

Ölkə başçısı Petro Poroshenkonun Həmrəylik partiyasının seçkilərdə yerlərdən çoxuna sahib çıxacağı gözlənilir. Amma ölkə başçısının reytinqi 26 faizə düşüb ki, bu da 2014-cü ilin mayında prezident seçilərkən qazandığı reytinqin yarısından da az deməkdir. Baş nazir Arseniy Yatsenyuk-un da şəxsi nüfuzu xeyli azalıb, onun partiyası hətta seçkilərdə namizəd də irəli sürməyib.

Seçkidə Ukraynanın müxalif partiyası – keçmiş prezident Viktor Yanukovych-in tərəfdarlarının uğur qazanacağı gözlənilir. Keçmiş baş nazir Yulia Tymoshenko-nun partiyası da öndə olan partiyalardandır.

XS
SM
MD
LG