Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:08

Deputat: 'Bunu kəskin azaltmaq doğru deyil'


Ünvanını dəyişdi, ünvanlı sosial yardımı kəsildi
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Ünvanını dəyişdi, ünvanlı sosial yardımı kəsildi

Rəsmi rəqəmlərə görə, son bir ildə ünvanlı sosial yardım (ÜSY) alanların sayında ciddi azalma var.

2020-ci ilin birinci yarısında ölkədə 84 min 600 aztəminatlı ailənin 351 min 800 üzvü ünvanlı sosial yardım alıb. 2021-ci ilin iyulun 1-nə olan nəticələrə görə isə, ölkədə 62 min aztəminatlı ailənin 264 min 100 üzvü bu yardımdan faydalana bilir.

Ünvanlı sosial yardım alan ailələrin sayı son 1 ildə təqribən 22 min azalıb. Koronavirus pandemiyası dövründə bu nə dərəcədə düzdür?

Deputat Fazil Mustafa "Turan"a verdiyi qısa müsahibədə deyib ki, yəqin, bunun əsaslandırılması verilməlidir: "İş yerlərinin müəyyən qədər açılması, sonra ictimai işlərin sayının artırılması, bir çox adamların müavinət əvəzinə ictimai işlərə cəlb edilməsi ilə bağlı".

Deputatın sözlərinə görə, habelə DOST mərkəzlərinin dəstəyi vasitəsilə regionlarda iş yerlərinin açılması da nəzərdə tutulurdu: "Çünki kim ki iş yeri ilə təmin edilirsə, avtomatik olaraq müavinət məsələsi aradan qalxır. Amma bütün hallarda müavinət məsələsi bir çox insanların yaşayışı üçün vacibdir və bunu kəskin şəkildə azaltmaq doğru deyil".

Azərbaycanda ünvanlı sosial yardımların verilməsinə 2006-cı ildən uşaqlara aylıq müavinətlərin dayandırılması ilə başlanılıb.

XS
SM
MD
LG