Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:36

Britaniyanın müdafiə naziri Kiyevə gəlib


Britaniyanın müdafiə naziri Ben Uolles
Britaniyanın müdafiə naziri Ben Uolles

Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, tərəflər Ukraynanın öz torpaqlarını işğaldan azad etməsi kimi “ortaq məqsədlərini” müzakirə ediblər

Britaniyanın müdafiə naziri Ben Uolles Ukrayna prezidenti Volodimir Zelenski və ölkənin müdafiıə naziri Oleksi Reznikovla görüşmək üçün iyunun 10-da Kiyevə gəlib.

Bu görüşlər zamanı Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsində Britaniyanın Ukraynaya hərbi, siyasi və humanitar dəstəyi müzakirə olunub.

Britaniya Müdafiə Nazirliyinin bu bəradə məlumatında deyilir:

“Bu həftə keçiriləcək işçi səfər müdafiə nazirinə Ukrayna silahlı qüvvələrinin əməliyyat ehtiyaclarının yerində öyrənmək imkanı verəcək, beləki münaqişənin təbiəti dəyişməkdə davam edir. Bu səfər Britaniyanın Ukraynaya yardımlarının Ukraynanın ehtiyaclarına və dəyişən situasiyaya uyğun olmasına imkan yaradacaq”.

The Guardian yazır ki, Uolles iyunun 10-da Ukrayna müdafiə naziri Oleksi Reznikovla görüşüb.

Britaniya Müdafiə Nazirliyinin bəyanatında daha sonra deyilir ki, tərəflər Ukraynanın öz torpaqlarını işğaldan azad etməsi kimi “ortaq məqsədlərini” müzakirə ediblər.

Görüş zamanı habelə Britaniyanın Ukraynaya hazırda silah və təlimlə göstərdiyi dəstəyin vəziyyəti müzakirə olunub.

Bu da xəbər verilir ki, tərəflər Britaniyanın bundan sonra da Ukraynaya hərbi-siyasi dəstək verəcəyinə dair razılığa gəliblər.

Zelenskinin Teleqram-kanalında yayınlanan videodo Uolles prezidentin “heyrətamiz” fəaliyyətinə heyranlıq ifadə edir.

Prezident Zelenski Uolleslə söhbəti zamanı “Böyük Britaniyaya, onun hökumətinə və baş nazirinə minnətdarlığını” bildirib.

Britaniya baş naziri Boris Conson Kiyevə iki ay bundan əvvəl səfər etmişdi.

Britaniyalı hərbi əsirlər

Bu arada Britaniyanın xarici işlər naziri Liz Trass Ukraynadakı qondarma separatçı “Donetsk Xalq Respublikasında” iki britaniyalının ölüm cəzasına məhkum edilməsini Cenevrə Konvensiyasının “kobudcasına pozulması” adlandırıb.

SkyNews telekanalı bildirir ki, xanım Trass ukraynalı həmkarı Dmitro Kuleba ilə bu məsələni telefonda müzakirə edib.

Söhbət zamanı sözü gedən əsirlərin “Rusiyanın dəstəklədiyi separatçılardan azad olunması” yolları müzakirə edilib.

Xanım Trass söhbət zamanı habelə deyib ki, Britaniya Ukraynaya onun “Putinin vəhşi müdaxiləsinə” qarşı mübarizəsində dəstəyini davam etdirəcək.

Britaniyalı əsirlər – 28 yaşlı Eyden Aslin və 48 yaşlı Şon Pinner iyunun 9-da qondarma “DXR” tərəfindən edam cəzasına məhkun ediliblər.

Baş nazir Boris Conson bu hökmdən “dəhşətə gəlidiyini” bildirib və deyib ki, London əsirlərin azad olunması üçün əlindəki bütün imkanlardan istifadə edəcək.

XS
SM
MD
LG