Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:24

''Sovetski'də yaşlı bir xala vardı, gedirdim, mənə süfrə açırdı...'


"Sovetski" 2014-cü ildə.
"Sovetski" 2014-cü ildə.

“Sovetskidə yaşlı bir xala vardı. Gedirdim, həyətində mənə süfrə açırdı, çörəkdən, çaydan verirdi. İndi o ev də yoxdu, xala da...”

Əvvəl uşaq evi, indi də küçə həyatı... 26 yaşlı Bəylərin qismətindəki, hələlik, budur... AzadlıqRadiosu-na danışır ki, 8 il əvvəl uşaq evindən çıxandan sonra qısa müddət yataqxanalardan birində məskunlaşıb. Bazarlardan birində araba sürüb.

Buna da bax:​ Yeni Zuvandlılar başçıynan görüşə gedib, qarşılarına polis 'çıxıb'...

ARABA, YA HƏBSXANA, FƏRQ ELƏMİR

Bir gün yataqxanadakı otağı ona əmanət edən sahibi geri qayıdıb və Bəylər açarları təhvil verib yataqxanadan çıxıb. Sonra bir müddət 8-ci kilometr bazarında araba sürməyə başlayıb:

“Mənimlə eyni vaxtda uşaq evindən çıxanlar da hərəsi bir bazarda araba sürməyə getdi. Uşaq evindən çıxanın gələcək qurması çox çətindir. Bazar tərəflərdə harda nə cinayət olursa, birinci gəlib bizi aparırlar. Küçədə – “əl-ayaq altında qalmayaq” deyə, çox vaxt şərləyib həbsxanaya göndərirlər. Onu da deyim ki, şəxsən mənim böyük arzularım var, ancaq o arzulara çata bilmirəm, çatacağıma da ümidim azdır, ona görə də arabada yatdım, yoxsa türmədə, axır vaxtlar mənimçün heç fərq eləmir. Bu qışı küçədə qalıb çox əziyyət çəkdim”.

Bəylər başına gələn bir əhvalatı danışır. Deyir, bir dəfə bazarda ahıl yaşlarında bir qadına kömək edib, düz “Sovetski”yə qədər yükünü daşıyıb. O xala da tapşırıb ki, aradabir gəlib çayından, çörəyindən yeyib getsin. Bəylər sözü yerə salmayıb. Ötən yay həftədə azı bir dəfə “Sovetski”dəki köhnə, taxta qapını taqqıldadır, ev sahibəsi ona həyətdəcə süfrə düzəldir, qonağa çaydan, çörəkdən verib, qarnını doydurub yola salırmış.

Buna da bax:​ Sovetskidə içərisi mal dolu dükanın qapısını hörüblər [video]

EV VƏ İŞ

Bir gün Bəylər növbəti dəfə xalanın evinə gələndə görür nə köhnə taxta qapıdan əsər əlamət qalıb, nə də xaladan:

“Mənə elə gəlir ki, dövlət bizə necə lazımdırsa, kömək etməlidir. Ancaq nazirliklərdə oturanlar qanunlara əməl eləmirlər. Uşaq evindən çıxana ev, iş verilməlidir. Bizim dövlətdən başqa heç kimimiz yoxdur. Vaxtında atama, anama lazım olsaydım, dövlətin üstünə atmazdılar ki... 18 yaşına çatana qapını açıb deyirlər, “xoş getdin”. Hara getdin, necə getdin, başına nə gəldi – heç kəsi maraqlandırmır. Çünki bizə çatmalı olan haqqımızı özləri yeyirlər”.

Bəylərin istədiyi odur ki, dövlət onu ev və işlə təmin etsin. Araba üstündə yatmaqdan canı qurtarsın.

Buna da bax:​ Ucar sakini Səudiyyədən qayıdandan 5 gün sonra...

Tərk edilmiş uşaqlarla sıx ünsiyyətdə olan uşaq psixoloqu Aygün Cavadzadə deyir, uşaq evini tərk edənlər cəmiyyətin ən baxımsız və ümidsiz üzvləridirlər. Qədəmlərini uşaq evindən kənara atdıqları ilk gündən başlanan problemləri onları həyatları boyu tərk etmir. Ən böyük problemləri isə onlara verilən sənədlərdən başlanır. Aygün xanım çıxış yolunu 1999-cu ildə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun icrasında görür. Deyir, qanunda bu kateqoriyalı şəxslərin yaşayış yeri, məşğulluq ilə təmin olunması üçün konkret müddəalar var. Ancaq qanunun icrası mexanizmi yoxdur. Bəzi qanunlara, əsasən də, Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilməlidir.

QANUNDA VAR, AMMA...

Hüquqşünas Vaqif Alıyev deyir, yetkinlik yaşına çatıb müəssisəni tərk etmiş uşaqların yerləşdirilməsi ilə rayon icra hakimiyyətləri nəzdindəki komissiyalar və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sektoru məşğul olmalıdır. Həddi buluğa çatan və uşaq evini tərk etmək vaxtı yetişən şəxsin getməyə yeri yoxdursa, qapını açıb ona “get” demək qanunsuzdur:

Buna da bax:​ Qonşular olmasayadı çoxdan donmuşduq

“Uşaq evini tərk etmiş və hazırda hara gedəcəyi sual altında olanlara “Sosial xidmət haqqında” Qanuna əsasən, sosial xidmətlərin göstərilməsi nəzərdə tutulub. Həmin qanunda uşaq evini tərk edənlərin yaşayış yeri ilə təmin olunması da var”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, bu yaxınlarda Masazırda internat məzunları üçün bina tikilərək məzunların istifadəsinə verilib. Yaxın vaxtlarda eyni məqsədlə daha bir bina tikintisi də nəzərdə tutulub.

XS
SM
MD
LG