Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:10

V.Martirosian: 'Müharibə Ermənistanda 500 nəfərə lazımdır'


Vahan Martirosian
Vahan Martirosian

«Ermənistan rəhbərliyi Bakıda dövlət tərəfindən mühafizə olunan erməni kilsəsinin olduğunu əhalidən gizlədir».

«Report»un xəbərinə görə, bunu noyabrın 8-də Bakıda «Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxışlar» mövzusunda keçirilən konfransda ermənistanlı hüquq müdafiəçisi Vahan Martirosian deyib.

V.Martirosian Azərbaycanın müxtəlif rayonlarında müqəddəs erməni ziyarətgahlarının olduğunu və onların mühafizə edildiyini bildirib: «Ermənistanda isə vəziyyət tamamilə bunun əksidir - məscidlər dağıdılır, Azərbaycanla bağlı tarix yenidən yazılır».

O qeyd edib ki, Qarabağ münaqişəsindən ən çox Azərbaycan və erməni xalqı əziyyət çəkir.

«Əminəm ki, tezliklə addımlarımızın ilk nəticələrini görəcəyik. Ermənistanda Qarabağ müharibəsinin ailəsinə bir damla sevinc və xoşbəxtlik gətirdiyini deyən ağlı başında heç kimi tapa bilməzsiniz. Yalnız münaqişədən mənfəət əldə edənlər istisnadır. Onların sayı isə 500 nəfərdir. Məhz elə onlar da Haaqa tribunalına çıxarılmalı və insanlığa qarşı cinayətlərinə görə sorğulanmalıdırlar», - deyə V.Martirosian bildirib.

V.Martirosian 2015-ci ilin oktyabrında Ermənistandakı təzyiqləri əsas götürərək, ailəsi ilə Bakıya gəlmişdi. 2016-cı ilin aprelində üçüncü ölkəyə yola salınıb.

Qeyd edək ki, həm V.Avetyana, həm də V.Martirosyana Ermənistanda münasibət əsasən mənfidir. Ermənistan mediası onların heç də təqdim edildikləri kimi tanınmış ictimai xadim olmadıqlarını iddia edir. Ermənistanda iddialar var ki, bu iki şəxs münasibətlərinin pozulduğu Ermənistan hökumətiindən Bakıya səfərləri, azərbaycanlılarla görüşləri vasitəsilə "qisas alırlar". Amma V.Martirosyan və V.Avetyan bu iddiaları rədd edirlər.

XS
SM
MD
LG