Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:10

Hətta tam vaksin olunmuşlar da bu simptomlara diqqət etməlidirlər


Statistikaya görə Britaniyada günə təxminən 15 min tam vaksinlənmiş şəxsin yoluxması qeydə alınır

Britaniyada aparılmış yeni elmi araşdırma hətta tam vaksin olunmuş şəxslərə koronavirusa yoluxub-yoluxmadıqlarını bilmək üçün 5 əsas simptoma fikir vermələrini məsləhət görür.

Nottingham Post qəzeti yazır ki, İngiltərənin Nottingemşir regionunda yoluxmalar sürətlə artır və həkimlər sakinlərə heç bir simptomları olmasa belə tez-tez test olunmağı tövsiyə edirlər.

Məqalədə deyilir ki, vaksinin iki dozası ilə peyvənd olunmaq sizin xəstəxanaya düşmək ehtimalınızı minimuma endirir və yoluxmanı daha yumşaq simptomlarla keçirməyinizə imkan yaradır.

Bununla belə, hətta tam peyvənd olunmuş şəxslər də yoluxmanı göstərən müəyyən əlamətlərə diqqətli olmalıdırlar.

Bu, həkimlərə virusun başqalarına yoluxmasının qarşısını almaqda kömək edər.

Elmi tədqiqatın rəhbəri Tim Spektor deyib ki, son statistikaya görə koronavirusa yoluxanların 30 faizini hazırda tam vaksin edilmiş adamlar təşkil edirlər.

ZOE COVID elmi araşdırmasını aparan alimlər tam peyvəndlənmiş adamların diqqət yetirməli olduqları 5 “soyuqdəyməyə bənzər” simptomu müəyyən edib.

Peyvənddən sonrakı yoluxma əsasən soyuqdəymə və qripdə olduğu kimi simptomlarla - burun axması, baş ağrısı, asqırma, boğazın gəlməsi və iybilmə qabiliyyətinin itməsi ilə müşaiyət olunur.

Toy olar, teatr olmaz? Sənət adamları etiraz edir
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

“Uzun COVID” və dəyişməz simptomlar

Statistikaya görə Britaniyada günə təxminən 15 min tam vaksinlənmiş şəxsin yoluxması qeydə alınır.

Alimlər bildirirlər ki, yoluxanlar xüsusən də 18-35 yaş qrupunda olanlardır.

ZOE araşdırması başqa tədqiqatlardan adətən bir həftə əvvəl xəbərdarlıq və proqnozlar verir.

Hazırda Britaniyada koronavirusa yoluxan hər 100 nəfərdən birində simptomlar qeydə alınır.

ZOE komandasının təxminlərinə görə gündəlik yoluxanlardan günə 870-i xəstəliyi 12 həftədən uzun müddətdə simptomlu keçirəcək.

Lakin statistikaya görə hazırda “uzun COVID-ə” tutulanların sayı azalmaqdadır.

“Uzun COVID” adlanan hal zamanı xəstə simptomları üç ay müddətində hiss edir.

Həkimlər bildirirlər ki, “uzun COVID-in” simptomları dəyişməz olaraq qalır. Bunlar - kəskin yorğunluq, nəfəs darlığı və döş nahiyəsində ağrılardır.

XS
SM
MD
LG