Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:43

Vaksin vurdurmağa tərəddüd edirlər


Moskvada vaksinasiya mərkəzi
Moskvada vaksinasiya mərkəzi

Rusiyada son 24 saat ərzində 20 mindən çox yeni yoluxma, 568 ölüm aşkarlanıb. Bu, yanvardan bəri ən yüksək rəqəmlərdir

Ağ ev Əfqanıstana COVID-19-a qarşı 3 milyon doza Johnson & Johnson’s vaksini göndərəcəyini deyir. Rusiyada isə yoluxmalar artdıqca hakimiyyət vaksin vurdurmaqla bağlı geniş yayılmış tərəddüdü yoluna qoymağa çalışır.

Ağ evin sözçüsü Karin Jan-Pyer iyunun 24-də deyib ki, birdozalı J&J vaksinləri gələn həftə Əfqanıstana göndərilə bilər. Birləşmiş Ştatlar vaksinlə birlikdə oksigen balonları, digər ləvazimat da yollayır.

Bu açıqlamadan bir gün sonra isə Prezident Co Bayden Ağ evdə Əfqanıstan liderlərini qəbul edəcək.

Koronavirus ərəfəsində toylara necə nəzarət etmək olar?
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Rusiya

Rusiyada son 24 saat ərzində 20 mindən çox yeni yoluxma, 568 ölüm aşkarlanıb. Bu, yanvardan bəri ən yüksək rəqəmlərdir.

Hakimiyyət bu arada vaksinlərlə bağlı tərəddüdlə mübarizə aparır. İyunun 23-dək 146 milyonluq əhalinin yalnız 14 faizinə azı bir doza vurulub, 11 faiz isə tam peyvənd olunub.

14 regionun hakim orqanları müəyyən qruplar üçün vaksinasiyanı məcburi edib. Bu sırada dövlət rəsmiləri, pərakəndə satış, tibb, təhsil, restoran, digər xidmət yönümlü bizneslərdə çalışanlar var. Bu regionların çoxunda şirkətlərdən tələb olunur ki, bir neçə aya işçilərinin azı 60 faizinə peyvənd vurulmasını təmin etsin.

Pandemiya başlanandan Rusiyada 5.3 milyondan çox yoluxma, 131 mindən çox ölüm aşkarlanıb.

Rumıniya

Rumıniyada isə milli vaksinasiya komitəsinin başçısı elan edib ki, onminlərlə doza AstraZeneca vaksininin müddəti bitmək üzrədir və məhv ediləcək.

Valeriu Qeorqita iyunun 24-də mətbuat konfransında deyib ki, 35 min doza vaksinin müddəti iyunun 30-da bitir.

“Çox güman, onlardan istifadə edə bilməyəcəyik. Onlarla bağlı məhvedilmə prosedurana başlayacaq”, – o vurğulayıb.

AstraZeneca Rumıniyada təsdiqlənmiş dörd vaksindən biridir. 19 milyondan çox əhalinin cəmi 23 faizi COVID-19-a qarşı tam peyvəndlənib.

Mayın ortasında bu ölkədə günə 100 minə yaxın vaksin vurulurdusa, ötən həftə bu göstərici günə 25 minə düşüb.

Pandemiya başlanandan Rumıniyada 1 milyondan çox yoluxma, 33 minə yaxın ölüm qeydə alınıb.

Afrika

Afrikada isə azı 20 ölkədə yoluxmaların üçüncü dalğası başlanıb. Açıqlamanı Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktoru verib.

Yoluxmalarda ilk dəfə Hindistanda aşkarlanmış delta variantının “çox böyük rol oynadığı” bildirilir.

Con Nkenqasonq jurnalistlərə deyib ki, qitədə yoluxmalarda ötən həftəylə müqayisədə 30 faiz artım müşahidə olunur.

O, üçüncü dalğanın pik həddinin ikinci dalğadan yüksək olduğunu, tibb mərkəzlərinin dolduğunu sözlərinə əlavə edib.

Dünya Səhiyyə Təşkilatı da vəziyyətdən narahatdır, çünki Afrikanın 1.3 milyardlıq əhalisinin cəmi 1 faizi tam peyvənd olunub, səkkiz ölkənin isə vaksin ehtiyatı qurtarıb.

Afrikada 5.2 milyondan çox yoluxma, 139 mindən artıq ölüm təsdiqlənib.

İyunun 25-dən Sidneyin bəzi yerlərində lokdaun elan olunub. Dörd rayonda bir həftəlik lokdaun qüvvədə olacaq, adamlar evlərindən yalnız vacib məqsədlər üçün çıxa biləcəklər.

Virusun yüksək yoluxucu delta variantına ötən həftə 65 yoluxma aşkarlanıb.

XS
SM
MD
LG