Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:38

Vaksindən imtina edənlərə ağır cərimələr və hətta həbsxana


Pantokratoros monastrının 88 yaşlı keşişi Pahomios ataya Pfizer-BioNTech vaksini vurulur
Pantokratoros monastrının 88 yaşlı keşişi Pahomios ataya Pfizer-BioNTech vaksini vurulur

Yunanıstanda qaydaya görə yaşı 60-dan çox olanlar birinci dozanı gələn il yanvarın 16-dək vurdurmalıdırlar. Əks halda onları hər ay 100 avro cərimə gözləyir

Yunanıstan hökuməti yaşı 60-dan çox olanlar üçün məcburi vaksinasiya qaydası tətbiq edir. Bu barədə bəyanatı ölkənin baş naziri Kiriakos Mitsotakis verib.

Qaydaya görə yaşı 60-dan çox olanlar birinci dozanı gələn il yanvarın 16-dək vurdurmalıdırlar.

Əks halda onları hər ay 100 avro cərimə gözləyir.

Mitsotakis deyib ki, “bu, bizim sağlamlığımız üçün ödəməli olduğumuz bədəldir”.

Bu da bildirilir ki, sözü gedən cərimələr xüsusi fondda toplanacaq və xəstəxanaların maliyyələşdirilməsinə xərclənəcək.

Mitsotakis hökumət qərarını onunla izah edib ki, xəstəxanaya düşənlərin əksəriyyəti məhz bu yaş qrupundan vaksin olunmayanlardır.

Müxalif Siriza partiyası yeni qaydanı “cəzalandırıcı tədbir” adlandırıb.

Reuters yazır ki, Yunanıstanda orta pensiya 730 avrodur.

Yunanıstanın 11 milyonluq əhalisinin 63 fazi iki doza ilə tam peyvənd olunub.

Amma eyni zamanda yaşı 60-dan çox olan 520 min yunana vaksin vurulmayıb.

COVID-19-un yeni növünə tutulanlar hələlik xəstəliyi yüngül keçirir
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Reanimasiyalar dolub

Avstriya isə 2022-ci ilin fevralından əhalinin bütün yaş kateqoriyaları üçün icbari vaksinasiya tətbiq etməyə hazırlaşır.

Parlamentə təqdim olunması gözlənilən qanun layihəsində peyvənddən imtina edənlərin 7200 avro cərimə edilməsi nəzərdə tutuluir.

Qanun layihəsindən üçüncü doza və ya busterin də icbari olub-olmayacağı bilinmir.

Bu qanuna görə vaksinasiyadan imtina edənlər rayon icra hakimiyyətinə çağırılacaqlar.

Bu çağırışa iki dəfə gəlməyənlərin 3600 avro cərimə olunması nəzərdə tutulur.

Əgər onların vaksindən imtinası başqalarının sağlamlığına təhlükə yaradırsa və ya onlar qanuna tabe olmamaqda davam edirlərsə cərimə 7200 avroya çatdırıla bilər.

Vaksindən qəti imtina edənlərə həbsxana cəzası da verilə bilər. Lakin heç kimin fiziki güc tətbiq edilərək vaksinlənməsi nəzərdə tutulmur.

Qanun layihəsi parlamentdə dekabrın 6-da müzakirə olunmalıdır.

Avstriyada infeksiyaların kəskin artması hökuməti bir sıra ifrat tədbirlərə əl atmağa məcbur edir.

Ölkədə noyabrın 22-dən tam karantin elan edilib.

Xəstəxanaların və reanimasiya şöbələrinin artıq tam dolduğu xəbər verilir.

Avropa Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin verdiyi məlumata görə Avstriyada əhalinin 65 faizi vaksinlənib.

XS
SM
MD
LG