Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:23

Thomas de Waal: "Kiçik miqyaslı müharibənin bir addımındayıq"


Thomas de Waal
Thomas de Waal

►"Həm Ermənistan, həm də Azərbaycan hakimiyyəti özünü xilas etməyə çalışır.

Belə bir narahatlıq var ki, bu iki rejim “Qarabağ kartı”ndan istifadə edərək xalqları milli məsələnin ətrafında birləşdirməyə çalışırlar."

Mərkəzi ofisi Vaşinqtonda yerləşən Carnegie Beynəlxalq Sülh Fondunun aparıcı əməkdaşı, Qarabağ münaqişəsi haqda 2 kitabın müəllifi Thomas de Waal AzadlıqRadiosuna müsahibə verib.

- Hazırda cəbhədə hərbi əməliyyatların intensivləşməsini necə şərh edərdiz? Nə baş verir tərəflər arasında?

- Biz hazırda daha çox iri silahlardan, minaatanlardan istifadənin, sərhəddə hücumların şahidiyik. Bu, əlbəttə ki, müharibə adlandırıla bilməz, söhbət daha ciddi və uzunmüddətli döyüşlərdən gedir. Ümid edək ki, daha geniş hərbi əməliyyatlar keçirilməyəcək. Çünki hər iki tərəfin ağır silahları var. Biz hazırda sərhəddə kiçik miqyaslı müharibənin bir addımındayıq.

Buna da bax: Ermənistan MDB-dən Azərbaycana qarşı hərəkət istəyir

- Bəs bütün bunlar indi niyə baş verir, izah edə bilərsinizmi?

- Hazırda beynəlxalq kontekstdə vəziyyət yaxşı deyil. Minsk qrupu hələ də mövcuddur, amma Rusiya və ABŞ-ın bir-birinə qarşı düşmənçiliyi şəraitində sual yaranır ki, qrup sülhə nail ola bilərmi? Bu, birinci səbəbdir. İkinci səbəb isə budur ki, həm Yerevan, həm də Bakı rejimi özünü xilas etməyə çalışır. Belə bir narahatlıq var ki, bu iki rejim “Qarabağ kartı”ndan istifadə edərək xalqları milli məsələnin ətrafında birləşdirməyə çalışırlar - yəni ki bizim hamımızın bir düşmənimiz var. Ermənistanda buna səbəb uzun sürən etiraz nümayişləri, Azərbaycanda isə neftin qiymətinin ucuzlaşması, həbslər və digər məsələlər səbəbindən yaranmış problemlərdir.

Azərbaycan ordusu təlimdə
Azərbaycan ordusu təlimdə

- Yəni demək istəyirsiniz ki, Azərbaycan hökuməti hazırda sərhəddə hücumlardan hakimiyyətdə qalmaq üçün istifadə edir?

Məsələn, hal-hazırda BMT Baş Assambleyasının toplantısı gedir və diqqətə çatdırmaq istəyirlər ki, Qarabağ münaqişəsi mövcuddur və yaddan çıxmamalıdır. Azərbaycan tərəfdə belə bir qorxu var ki, dünya bu münaqişəni unudub. Belə toplantılar olanda biz Azərbaycan tərəfdən təmas xəttinə daha tez-tez hücumların şahidi oluruq.

- Siyasi qərar olmadan sərhəddə böyük mənada heç nə baş vermir. Bəlkə kiçik miqyaslı hadisələr baş verə bilər, amma artilleriya silahından istifadə yuxarıda qəbul olunan siyasi qərarlar əsasında baş verir. Azərbaycan tərəfdən məncə, qərar var ki, beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün status-kvo-nu bir qədər silkələsinlər. Məsələn, hal-hazırda BMT Baş Assambleyasının toplantısı gedir və diqqətə çatdırmaq istəyirlər ki, Qarabağ münaqişəsi mövcuddur və yaddan çıxmamalıdır. Azərbaycan tərəfdə belə bir qorxu var ki, dünya bu münaqişəni unudub. Belə toplantılar olanda biz Azərbaycan tərəfdən təmas xəttinə daha tez-tez hücumların şahidi oluruq. Ermənistan tərəfi isə daha güclü cavablar verməyə çox hazır kimi görünür. Bu, sirr deyil ki, Azərbaycan tərəfi mövcud status-kvonun dəyişdirilməsində daha çox maraqlıdır.

- Bayaq dediniz ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək istəyir. Buna nail olurmu və ya belə cəlbetmənin münaqişənin nizamlanması üçün faydası nədən ibarətdir?

- Məlum olduğu kimi Azərbaycan 90-cı illərdə torpaqlarını itirib və indiyə qədər heç bir ərazini geri ala bilməyib. Mənim fikrimcə, ciddi şəkildə aparılacaq danışıqlardan kənarda nə Azərbaycan, nə də Ermənistan üçün faydalı heç nə yoxdur. Qısa müddətli taktikalara gəlincə, dünyanın yadına münaqişəni salmaq yaxşıdır, amma bu, ümumilikdə problemi həll etmir.

Azərbaycan isə daha aqressiv yol tutub. Məsələn, ABŞ dövlət katibi John Kerry-yə və başqa liderlərə şəxsi mənada hücum etmək və s. Məncə, bu, Azərbaycanın nüfuzunu aşağı salır, onun Qarabağ sülh danışıqlarına töhfə vermək qabiliyyətini azaldır. Belə çıxışlar ölkəni daha çox təcrid edir, John Kerry Azərbaycanla şəxsi olaraq maraqlanmır, Əgər John Kerry-nin yerinə kim olsaydı, bu, onun xətrinə dəyərdi.

- Azərbaycan hökuməti son bir ildə Qərb ölkələri və liderləri haqda xüsusilə tənqidi danışır. Sizcə, bu, Qarabağ danışıqlarına necə təsir edir? Belə düşünənlər var ki, Azərbaycan belə tənqidi ritorikası ilə danışıqlar prosesində Ermənistana uduza bilər...

- Mən əminəm ki, diplomatiya məsələsində Ermənistan tərəfi daha ağıllıdır. Hər iki tərəf çalışır ki, Rusiya və Qərb arasında balans saxlasın. Əlbəttə ki, Azərbaycanın hazırda Qərblə demokratiya və insan haqları ilə bağlı məsələsi var. Heç bir ölkə tamamilə Qərb və ya Rusiyanın yanında olmaq istəmir. Amma Ermənistanın taktikası hər kəsin - həm Qərbin, həm də Rusiyanın yanında olmaqdır. Azərbaycan isə daha aqressiv yol tutub. Məsələn, ABŞ dövlət katibi John Kerry-yə və başqa liderlərə şəxsi mənada hücum etmək və s. Məncə, bu, Azərbaycanın nüfuzunu aşağı salır, onun Qarabağ sülh danışıqlarına töhfə vermək qabiliyyətini azaldır. Belə çıxışlar ölkəni daha çox təcrid edir, John Kerry Azərbaycanla şəxsi olaraq maraqlanmır, Əgər John Kerry-nin yerinə kim olsaydı, bu, onun xətrinə dəyərdi, Azərbaycana kömək etməkdə maraqlanmazdı, Qarabağı prioritetlər sırasının yuxarısına qoymazdı. Şəxsi mənada deyilənlər və digər məsələlər, məncə, Minsk prosesinə təsir edir.

Buna da bax: Güllə atılan kimi erməni nazir qaçdı- [Video]

Azərbaycan prezidenti Ilham Əliyev, ABŞ dövlət katibi John Kerry və Ermənistan prezidenti Serzh Sargsyan, 5 sentyabr 2014
Azərbaycan prezidenti Ilham Əliyev, ABŞ dövlət katibi John Kerry və Ermənistan prezidenti Serzh Sargsyan, 5 sentyabr 2014

- John Kerry-nin Qarabağ münaqişəsinə marağının itməsi ilə bağlı hansısa sübut varmı?

- Əlbəttə ki, bunu ondan soruşsanız, deyəcək ki, Azərbaycan vacib ölkədir. Amma məntiqlə belə çıxır ki, Bakı və Vaşinqton arasındakı münasibətlər pisləşir, ABŞ rəsmilərinə qarşı şəxsi hücumlara əsaslanır və bu da o deməkdir ki, John Kerry Azərbaycan və ya Dağlıq Qarabağ münaqişəsinə Suriya və Ukrayna münaqişəsi qədər vaxt sərf etmək istəmir. Məncə, ümumiyyətlə bu münaqişə ABŞ-ın gündəmində ən aşağı yerlərdədir. Suriya, Ukrayna, Əfqanıstan və digər məsələlər daha irəlidədir. Məncə, Ağ Evin baxışı belədir ki, əvvəlcə biz Bakı və Yerevan liderlərinin münaqişəyə daha ciddi yanaşmalarını görməliyik. Minsk Qrupu və səfir səviyyəsində bu münaqişə ilə məşğul olunur, amma John Kerry kimi yüksək çinli məmurlar səviyyəsində yox.

- Kerry-nin münaqişə ilə maraqlanmamasının səbəbi sadəcə onu Azərbaycan tərəfinin tənqid etməsidirmi?

- Məncə, John Kerry-yə şəxsi mənada hücum onun baxışlarına təsir edir. Amma bu, o qədər də vacib məsələ deyil. Azərbaycan problemli ölkədir və onunla çox da maraqlanmırlar.

-Bakıda bəzi ekspertlər hesab edirlər ki, Rusiyanın başı Suriya müharibəsinə qarışdığı üçün Azərbaycan bu fürsətdən istifadə edib torpaqları geri qaytara bilər və Rusiya buna göz də yuma bilər.

-Rusiya və Azərbaycan indi daha yaxındırlar və prezidentlərinin daha yaxın münasibətləri var, amma düşünmürəm ki, bu yaxınlığın Qarabağ sülh prosesinə ciddi təsiri olacaq. Rusiya hələ də hər iki tərəfin yanında olmaq istəyir, Ermənistanla güclü hərbi bağları var. İnanmıram ki, Rusiya Ermənistana hansısa təzyiqlər edəcək. Bundan başqa, Rusiyanın Ukrayna və Suriyada həll ediləsi problemləri var.

- Yəni, işğal olunmuş rayonların tezliklə geri qaytarılması real deyil?

-Xeyr, tezliklə heç nə baş verən deyil. Dağlıq Qarabağ münaqişəsi çox uzunmüddətli problemdir. Hazırda bizi narahat etməli olan məsələ insan itkisi ilə nəticələnən yerli insidentlərin baş verməməsidir.

XS
SM
MD
LG