Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 09:29

Vergi cərimələri 5 dəfə artırılır


►Lotereya, mərc oyunlarında udanlar 10 faiz vergi ödəyə bilər

Oktyabrın 16-da Milli Məclisin İqtisadi Siyasət Komitəsində "Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edilib. Müzakirələrdə vergilər naziri Fazil Məmmədov də qatılıb.

Qanuna dəyişikliklərdə vergi hüquqpozmalarının artırılması, bəzi sahələrin vergiyə cəlb olunması nəzərdə tutulur.

Buna da bax: Jurnalist Şirin Abbasov azadlığa buraxılıb

VERGİ CƏRİMƏLƏRİNİN 5 DƏFƏ ARTILMASI...

Təqvim ili ərzində ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi hüquqpozulmalarına birinci dəfə yol verəndə əvvəllər 400 manat məbləğində cərimə olunurdusa, dəyişikliklər qəbul olunsa, onlara qarşı 2 000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. İkinci dəfə vergi hüququnu pozanların əvvəlkindən 5 dəfə çox, yəni 4 min manatadək cərimə olunması təklif edilir. Bir ildə 3 dəfə vergidən yayınanların 6 min manat cərimələnməsi istənilir. Əvvəllər bu 1 200 manat idi.

Buna da bax: Kütləvi bağlanan dükanlar- [Fotolar]

MƏRC OYUNLARINDA UDANLAR DA VERGİ ÖDƏYƏCƏK…

Qanuna dəyişikliklərdə boru kəmərləri, yerli təbii ehtiyatlar, eləcə də lotereya, mərc oyunlarından əldə olunan vəsaitlərdən də vergi tutulması təklif olunur. Iclasda nazir Fazil Məmmədov deyib ki, hər il mərc oyunlarında 300 milyon manatlıq dövriyyə olur. 3 ildir bu sahənin vergidən azad oluğunu vurğulayan nazir indiki iqtisadi vəziyyətdə bu sahənin də vergiyə cəlb olunmasını lazım bilib. Mərc oyunlarında udanların udduqları vəsaitin 10 faizini vergi kimi ödəmələri təklif edir.

Buna da bax: Azərbaycan dilində bu sözlərin mənasını bilirsən?

PREZİDENTİN MÜŞAVİRƏSİNDƏN SONRA…

Deputat Vahid Əhmədov bu dəyişimlərlə bağlı təklifləri vergi sisteminin müəyyən qədər stimullaşdırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasındakı münasibəti tənzimləmək istəyi kimi dəyərləndirir:

“Vergi hüquqpozmaları ilə bağlı sərtləşdirmə vergilərin daha çox vaxtında ödənilməsinə hesablanıb. Çünki vergi borcları yaranır. Bu dəyişikliklərin də hər hansı problem yaradacağına inanmıram. Vergini ödəməyənlər inzibati məsuliyyətə cəlb olunmalıdır”.

Prezident İlham Əliyev 2015-ci ilin 9 ayının yekunlarına dair müşavirədə deyib ki, vergilərdən büdcəyə daha çox vəsait gələ bilər:

“Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir. Büdcəyə daha çox vəsait toplaya bilərlər. Belə imkanlar, ehtiyatlar var. Həm vergi, həm də gömrük orqanlarına müvafiq göstərişlər verilmişdir ki, gələn il bu ehtiyatları aşkarlasınlar və büdcəyə əlavə vəsait toplasınlar”.

"Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.

XS
SM
MD
LG