Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:41

Həbsdəki daha bir icra başçısının durumu ağırlaşıb


Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi

Həbsdə olan keçmiş icra başçılarından Vilyam Hacıyevin sağlıq durumunda ciddi problem yaranıb. Bu üzdən onu sentyabrın 28-də öz məhkəməsinə də gətirməyiblər. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakim Azər Paşayev məlumat verib.

Hakim bildirib ki, Hacıyevin ağciyərində pnevmoniya əlamətləri aşkarlanıb. Sabiq icra başçısının bədən temperaturu yüksəkdir. Ona görə də Hacıyevin məhkəmədə iştirakı mümkün deyil. Həbsdə olan məmurun məhkəməsi oktyabrın 8-nə qədər təxirə salınıb.

Bakı İstintaq Təcridxanasındakı mənbə də AzadlıqRadiosuna Hacıyevin səhhətində ciddi problem yarandığını təsdiqləyib.

"Vilyam Hacıyevin durumu yaxşı deyil, koronavirus əlamətləri var. Onu koronavirusdan müalicə olunan şəxslərin yanına yerləşdiriblər. Müalicəsi orada aparılır. COVID-19 olduğu testin nəticəsi ilə hələ təsdiqlənməsə də, onun koronavirusa yoluxduğu ehtimal edilir", – mənbə belə deyib.

Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev sentyabrın əvvəlində həbsdə koronavirusdan vəfat edib.

Sentyabrın 14-də isə Şəki Ağır Cinayətlər Məhkəməsi Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun səhhətindəki problemləri əsas gətirərək onu həbsdən buraxıb. Ürək problemi ilə əlaqədar xəstəxanaya yerləşdirilən Səmədovun barəsində həbs-qətimkan tədbiri başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri ilə əvəzlənib.

Xatırlatma

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 311 (rüşvət alma) və başqa maddələri ilə ittiham olunur. O, milyonlarla manat büdcə vəsaitinin yeyintisində, xəstəxanaya, Mədəniyyət İdarəsinə, sosial sahəyə ayrılan vəsaitləri mənimsəməkdə təqsirləndirilir.

Hacıyev 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Elə bu vəzifədə işləyərkən 2020-ci ilin mayında həbs olunub.

Onun ittiham olunduğu maddələrdə 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG