Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:46

'Hökumət, heç olmasa, beynəlxalq danışıq tariflərini azaltsın'


O.Gündüz
O.Gündüz

«WhatsApp, Facebook, Skype, Viber və bu tip başqa resurslara məhdudiyyətlər hələ də davam edir. Heç bir rəsmi açıqlama da yoxdur. Nə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN), nə də başqa rəsmi qurumdan».

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

O vurğulayır ki, qeyri-rəsmi məlumatlara görə, bütün bunlar təhlükəsizlik məqsədilə edilir. Ekspert yazır ki, beynəlxalq tədbirlərin keçirildiyi zaman bu başadüşüləndir. Ancaq belə tədbirlər də, hələ ki, artıq başa çatıb:

HAMINI DÜŞÜNDÜRƏN SUAL

«Hamını maraqlandıran bir sual var ki, görəsən, bu messencerlər birdəfəlikmi bağlanacaq? Əgər həqiqətən də təhlükəsizlik məqsədilə bağlanıbsa, onda güman ki, bizim xüsusi xidmətlər, başqa ölkələrdə olduğu kimi, adıçəkilən qurumlara əməkdaşlıq təklif edəcəklər. Yəni, serverlərini burada yerləşdirmələri tövsiyə olunacaq».

WhatsApp və Skype-la Azərbaycana niyə zəng etmək olmur?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

SUALLAR, SUALLAR, SUALLAR…

Osman Gündüz başqa bir sual verir:

«Əgər əməkdaşlıq baş tutmasa, onlar serverlərini bura gətirməsələr, bu resurslara giriş qapalımı olmalıdır? Düşünürəm ki, bu da normal hal deyil. Belə olan halda vətəndaşların, həmçinin, ölkəyə gələn turistlərin informasiya münasibətləri necə olacaq? Bu tip resurslar üzərində müxtəlif xidmətlər təklif edənlərin, biznes quranların taleyi necə olacaq? Bu, həm də ölkənin beynəlxalq imicinə də ciddi təsir edən amillərdəndir».

VƏTƏNDAŞA DƏYƏN ZİYAN

O.Gündüzə görə, beynəlxalq danışıqların, mobil operatorların danışıq tariflərinin yüksək olduğu bir zamanda bu cür qadağalar vətəndaşlara ciddi maddi ziyan da vurur.

O yazır ki, bloklanmadan xeyir qazananlar da məlumdur:

«Güman ki, bloklamadan sonra telefon danışıqlarının həcmi artıb. Bu səs trafikinin yüksəlməsi hesabına, rouminq və beynəlxalq danışıqlar hesabına NRYTN (AzInTelecom), Azercell , Bakcell və NAR gəlirlərini xeyli artıra biliblər. Bu problem maraqlı tərəflərin iştirakı ilə müzakirə olunmalıdır».

EKSPERT BUNUN EFFEKT VERƏCƏYİNİ DÜŞÜNMÜR

O.Gündüz hesab edir ki, bu tip bloklanmadan sonra hökumət heç olmasa dərhal beynəlxalq danışıq, mobil operatorlar da rouminq tariflərini azalda bilərdilər.

«İndiki zamanda bloklama həll variantı deyil. Məlum «soyuq müharibə»nin texnoloji variantına oxşar olan bu addımların sonda effektiv olacağını düşünmürəm. Ümid edirəm ki, hökumət bu problemi yaxın zamanlarda həll edə biləcək».

XS
SM
MD
LG