Keçid linkləri

2024, 31 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:19
V.Putin və D.Peskov
V.Putin və D.Peskov

'Rusiya Dağlıq Qarabağın statusuna dair mövqeyini dəyişməyib'

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Rusiya və Fransa Qarabağı müzakirə ediblər

Rusiya və Fransa xarici işlər nazirləri Sergey LavrovJan İv Le Drian noyabrın 19-da telefonla Dağlıq Qarabağı müzakirə ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilmiş məlumatda deyilir ki, tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında noyabrın 9-da imzalanmış razılaşmanın həyata keçirilməsinin mühümlüyünü vurğulayıblar.

İki nazir habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT Qaçqınlarla İş üzrə Ali Komissarlığının və UNESCO-nun sülhməramlı proses əsnasındakı fəaliyyətinin mühümlüyünü qeyd edib.

Lavrov və Le Drian razılaşıblar ki, hazırda ən mühüm vəzifə köçkün və qaçqınların daimi yaşayış yerlərinə təhlükəsiz qayıdışının, regiondakı bütün iqtisadi və nəqliyyat kommunuikasiyalarının açılmasının və mülki infrastrukturun bərpasının təmin edilməsidir.

Rusiya və Fransa xarici işlər nazirləri Dağlıq Qarabağ böhranının ATƏT-in Minsk qrupunun prinsipləri çərçivəsində və Azərbaycan və Erməni xalqlarının bərabər hüquqları əsasında tənzimlənməsinə dair fikir mübadiləsi aparıblar.

Bu söhbət zamanı həm də Ukraynadakı vəziyyət müzakirə olunub. Sergey Lavrov Paris və Berlinin Kiyev hakimiyyətini onun Minsk razılaşmalarını pozmasında himayə etmələrinin yolverilməzliyini vurğulayıb.

Lavrov və Zərifin Qarabağı müzakirə edəcəyi gözlənilir

Rusiya və İranın xarici işlər nazirləri Sergey LavrovMəhəmməd Cavad Zərif noyabrın 23-də Moskvada həm də Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər.

Bu barədə məlumatı Rusiya XİN-in sözçüsü Mariya Zaxarova verib:

“Noyabrın 23-də İran xarici siyasət idarəsinin rəhbəri Moskvada növbəti səfərdə olacaq. Bu səfər zamanı o Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüş zamanı Dağlıq Qarabağ, İranın nüvə proqramında birgə hərtərəfli iş, Suriya, Əfqanıstan və Fars körfəzindəki vəziyyət üzrə fikir mübadiləsinin davam etdiriləcəyi gözlənilir”.

Fransa Senatında Qarabağın müstəqilliyi səsverməyə çıxarılır

Fransa Senatı Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə qətnaməyə baxacaq.

Bu barədə Senatın saytında bildirilir.

Sənədin müəlliflərindən biri-senator Brüno Retayo qətnamənin noyabrın 25-də müzakirə olunacağını bəyan edib.

Senatın qətnamələri tövsiyə xarakterlidir, hökumət onları icra etməyə borclu deyil.

Ağdamlılar noyabrın 20-ni gözləyir
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

Davamı

XS
SM
MD
LG