Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:08
V.Putin və D.Peskov
V.Putin və D.Peskov

'Rusiya Dağlıq Qarabağın statusuna dair mövqeyini dəyişməyib'

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Azərbaycan "hamının hamıya" dəyişdirilməsinin tərəfdarıdır

İtkin düşmüş hesab olunan Azərbaycan hərbi qulluqçularının taleyi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığı ilə təmaslar davam etdirilir.

Bu məlumatı bu gün, dekabrın 1-də Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb.

Məlumatda qeyd olunur ki, vətəndaşların müraciət etmələri üçün qurumun rəsmi internet səhifəsi, (+99412) 405-71-61 telefon əlaqə və (+99412) 8161 qaynar xətt nömrələri fəaliyyət göstərir.

Məlumatda o da bildirilir ki, Azərbaycan Respublikası "hamının hamıya" prinsipi ilə bütün əsir və girovların qarşılıqlı şəkildə dəyişdirilməsinin tərəfdarıdır.

Amma qurum son aylar itkin düşmüş hesab olunan Azərbaycan hərbi qulluqçuların sayı ilə bağlı hər hansı açıqlama verməyib.

Türkiyə və Rusiya müşahidə mərkəzi ilə bağlı razılaşma imzaladılar

Türkiyə və Rusiya Dağlıq Qarabağda birgə müşahidə mərkəzinin qurulması üzrə razılaşma imzalayıblar. Bu məsələ noyabrın 9-da imzalanmış Azərbaycan-Ermənistan-Rusiya atəşkəs sazişində yer almışdı.

Türkiyə Müdafiə Nazirliyinin dekabrın 1-də yaydığı məlumata görə, Dağlıq Qarabağ sülh razılaşmasının icrası üçün danışıqlar tamamlanıb. Mərkəzin mümkün qədər tez işə salınmasından ötrü iş aparılır.

Bəyanatda deyilir ki, razılaşmada birgə mərkəzin qurulması və vəzifələrinin texniki detalları yer alır.

Ötən ay Türkiyə parlamenti Rusiya ilə birgə mərkəz yaratmaq və mərkəzin fəaliyyətini həyata keçirmək üçün Azərbaycana missiya göndərilməsini təsdiqləyib. Missiya bir illiyə yerləşdiriləcək, sayını prezident R.T.Ərdoğan müəyyənləşdirəcək.

Daha öncə verilmiş açıqlamalardan belə çıxır ki, bu müşahidə mərkəzi Azərbaycanın nəzarətində olan ərazilərdə qurulacaq.

Türkiyə prezidenti R.T.Ərdoğan deyirdi ki, Türkiyə qüvvələri Rusiya hərbçiləri ilə birlikdə Azərbaycan hökumətinin müəyyənləşdirdiyi ərazilərdə müşahidə və nəzarət fəaliyyəti həyata keçirəcəklər. Rusiya isə dəfələrlə bildirib ki, atəşkəs razılaşmasında Türkiyə hərbçilərinin münaqişə bölgəsinə yerləşdirilməsi nəzərdə tutulmayıb.

"Laçın şəhərində Azərbaycan bayrağı qaldırılıb"

İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağının qaldırıldığı bildirilir.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi dekabrın 1-i, səhər saat 10 radələrində video yayıb.

Həmin videoda qeyd edilir ki, Azərbaycan bayrağı Laçın şəhərində dalğalanmaqdadır.

Davamı

XS
SM
MD
LG