Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 11:02

Xamenei İranın 'Zəngəzur dəhlizi'nə qarşı olduğunu bir daha vurğulayır 


Nikol Paşinyan və Əli Xamenei
Nikol Paşinyan və Əli Xamenei

İranın Ali dini lideri Ayətüllah Əli Xamenei Azərbaycanın Ermənistan ərazisindən Naxçıvana quru dəhlizi açılması yönündə səylərinə Tehranın qəti şəkildə qarşı çıxdığını bir daha dilə gətirib.

Xamenei bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanla iyulun 30-da görüşündə danışıb. Paşinyan İrana yeni seçilmiş prezident Məsud Pezeşkianın andiçmə mərasiminə gedib.

“O, Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanmasının vacibliyini vurğulayıb, Zəngəzur dəhlizinin Ermənistana ziyanlı olması barədə İran İslam Respublikasının mövqeyini bir daha vurğulayıb”, -- Xameneinin rəsmi vebsaytında yerləşdirilmiş bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, Paşinyan da öz növbəsində Ermənistan hökumətinin Azərbaycan və Türkiyənin istədiyi ekstraterritorial nəqliyyat dəhlizinə qarşı olduğunu vurğulayıb.

Sözügedən marşrutun Ermənistanla İranla yeganə həmsərhəd Sünik vilayətindən keçməsi nəzərdə tutulur. Bu, Azərbaycanla Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı atəşkəs bəyanatında nəzərdə tutulub.

Tehran isə dəfələrlə xəbərdarlıq edib ki, İslam respublikasını ümumi sərhəddən, Ermənistanla nəqliyyat əlaqələrindən mərhum edilməsi səylərinə qarşıdır.

Yerevan bildirir ki, Naxçıvanla Azərbaycanın qalan hissəsinə adam və məhsul daşınması Ermənistanın sərhəd nəzarətindən kənar gerçəkləşə bilməz, bu iki ölkə arasında yalnız adi nəqliyyat xətləri ola bilər, hər iki ölkə öz ərazilərindən keçən hissələrə tam nəzarət etməlidir.

Ermənistan tərəfin açıqlaması

AzadlıqRadiosunun erməni xidməti yazır ki, Ermənistan hökumətinin mətbuat xidmətinin Paşinyan-Xamenei görüşü haqda qısa məlumatında nəqliyyat dəhlizindən söhbət açılmır. Məlumata görə, tərəflər ölkələrinin “isti və dostcasına əlaqələrini” daha da dərinləşdiriləcəyinə inam bildiriblər.

Son iki ayda Paşinyan ikinci dəfədir Xamenei ilə görüşür. Ermənistanın baş naziri mayın sonunda vertolyot qəzasında həlak olmuş prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahyan və digər rəsmilərin dəfnində içtirak üçün Tehrana səfər etmişdi.

Paşinyan andiçmə mərasiminə qatıldığı Pezeşkian ilə də görüşüb.

Nikol Paşinyan və Məsud Pezeşkian
Nikol Paşinyan və Məsud Pezeşkian

"Mənim burada olmağım Ermənistanla İran arasında əməkdaşlılğı gücləndirməyə dair öhdəliyimizin təsdiqidir”, -- o, İranın yeni seçilmiş prezidentinə deyib.

IRNA rəsmi xəbər agentliyi yazır ki, Pezeşkian da Tehranın ikitərəfli əlaqələri “mümkün qədər çox” möhkəmləndirəcəyini söyləyib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə isə birgünlük əməliyyatla Qarabağ üzərində suverenliyini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

XS
SM
MD
LG