-
Yanvar və fevral aylarında xarici ticarət əməliyyatları ötən ilin eyni dövrüylə müqayisədə 45.51% azalıb. Dövlət Gömrük Komitəsi bu məlumatı yayıb. İdxal əməliyyatları 42.67%, ixrac əməliyyatları isə 47.59% azalıb.
Azalan başlıca ixrac malları:
Xam neft – 48.49%
Neft məhsulları – 48.43%
Çay – 65.71%
Bitki və heyvan mənşəli piylər və yağlar – 85.52%
Şəkər – 65,37%
Spirtli və spirtsiz içkilər – 24.74%
Kimya sənayesi məhsulları - 67.08%,
Alüminium və ondan hazırlanan məmulatlar – 6.38%
Artan ixrac malları:
Təbii qaz – 33.18%
Meyvə-tərəvəz – 1.11%
Plastmas və onlardan hazırlanan məmulatlar – 7.40%
Pambıq iplik – 276.68%
Qara metallar və onlardan hazırlanan məmulatlar – 183.82%.
İdxalda azalmalar:
Ət – 9 %
Süd – 49.62%
Buğda – 85.12%
Şəkər – 33.82%
Tütün və tütün məmulatları – 77.58%.
İdxalda artmalar:
Kərə yağı və süddən hazırlanmış digər yağlar 27.06 %
Meyvə-tərəvəz 134.51%
Çay 140.5%
Bitki və heyvan mənşəli piy və yağlar 56.43%.