Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 15:21

Vinnitsada Rusiyaya ‘işləməkdə’ şübhəli bilinən 300 nəfər saxlanıb


Xarkov
Xarkov

Ötən gün Ukraynanın mərkəzindəki Vinnitsa şəhərinin atəşə tutulması nəticəsində azı 39 nəfər itkin düşüb

Ukraynada Vinnitsa şəhərinə 23 nəfərin ölümünə səbəb olmuş raket zərbələrindən dərhal sonra Ukrayna təhlükəsizlik xidmətləri şəhərdə 300 nəfəri saxlayıb.

Qeyd olunur ki, bu adamlar şəhərə zərbə endirən Rusiya qüvvələrinə “nişançılıq” etməkdə şübhəli kimi saxlanıblar.

Bu barədə məlumatı AzadlıqRadiosuna Vinnitsa şəhərinin meri Sergey Morqunov verib.

Mer əlavə edib ki, saxlananları polis və Ukrayna Təhlükəsizlik Xidməti - SBU dindirir.

Morqunov deyib ki, bu barədə təfərrüatları təhlükəsizlik orqanları açıqlayacaq.

Ukrayna ötən gecə Xarkovun bombalandığını deyir

Ukrayna hakimiyyəti Rusiya qüvvələrinin iyulun 14-dən 15-nə keçən gecə şimal-qərbdə yerləşən Xarkov regionunu bombaladığını bildirir. Dünən tarixi Vinnitsa şəhərində bombalanmış yaşayış binasında isə xilasetmə işləri davam edir.

Böyük İyirmiliyin (G20) maliyyə liderləri Balidə bir araya gəlir. İndoneziya Rusiyanın Ukraynada apardığı səbəbsiz müharibənin humanitar nəticələrini aradan qaldırmağı hədəfləyən toplantıya ev sahibliyi edir.

“Cəbhə şəhəri”

Xarkov vilayətinin və region mərkəzinin ötən gecə saat 3-də raketlərlə vurulduğu bildirilir. Ukrayna Dövlət Fövqəladə Vəziyyətlər Xidmətinin məlumatına görə, azı bir ev, eləcə də yaxınlıqdakı təhsil ocağı dağıdılıb. İtkilər haqda məlumat yoxdur

Kiyev bir neçə həftədir bildirir ki, Rusiya qüvvələri Xarkovu “cəbhə şəhəri”nə çevirmək istəyirlər. Rusiya müharibənin əvvəlində Kiyevi, Xarkovu tuta bilməyəndən sonra şərq ərazilərə fokuslanıb.

Ötən gün Ukraynanın mərkəzindəki Vinnitsa şəhərinin atəşə tutulması nəticəsində azı 39 nəfər itkin düşüb. Hakim orqanlar azı 23 nəfərin, o cümlədən üç uşağın öldürüldüyünü bildirir.

Azı 52 yaralıdan çoxunun vəziyyəti ağırdır.

Ya proqres əldə edilməlidir, ya da...

İndoneziya xəbərdarlıq edib ki, G20-nin maliyyə liderləri ya Rusiyanın Ukraynaya qarşı müharibəsinin yaratdığı qlobal iqtisadi təhdidlərin həlli yönündə proqres əldə etməlidir, ya da fəlakətli humanitar nəticələrlə üzləşəcəklər.

ABŞ-ın Maliyyə naziri Canet Yellen Rusiyanın Ukraynadakı “qəddar və ədalətsiz” müharibəsini pisləyib. O deyib ki, toplantıda iştirak edən Rusiya maliyyə rəsmiləri müharibənin “dəhşətli nəticələri” üçün məsuliyyəti paylaşırlar.

ABŞ Prezidenti Co Bayden isə iyulun 14-də İsrailə səfəri zamanı bildirib ki, “Putinin müharibəsi strateji iflasa uğradılmalıdır”.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb.

XS
SM
MD
LG