Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:27

Azərbaycanda hər gün 37 nəfərə xərçəng diaqnozu qoyulur


Azərbaycanda xərçəng xəstələrinin böyük səhvi...
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

Azərbaycanda xərçəng xəstələrinin böyük səhvi... (2017)

Rəsmi rəqəmlər göstərir ki, son illər Azərbaycanda onkoloji xəstələrin sayı artır. Ötən il ölkədə 13 min 644 nəfərə ilk dəfə bədxassəli şişlərlə bağlı xəstəlik diaqnozu qoyulub. Bu o deməkdir ki, ortalama hər gün ölkədə 37 nəfərdə xərçəng şişi tapılır. Bir öncəki illə müqayisədə 2021-ci ildə xərçəng xəstələrinin sayında kəskin artım da gözə çarpır. Axı 2020-ci ildə Azərbaycanda xərçəng diaqnozu qoyulanların sayı 11 min 595 nəfər idi. Deməli, cəmi bir ildə xərçəng xəstələrinin sayı 20 faizə yaxın çoxalıb. Əgər 2015-ci ildə əhalinin hər 100 min nəfərindən 107 nəfərə bədxassəli şişlərlə bağlı xəstəlik diaqnozu qoyulurdusa, ötən il bu rəqəm 136 nəfərə yüksəlib. Bu ilin əvvəlinə ölkənin tibb ocaqlarında xərçəng xəstəsi kimi qeydiyyatda olan şəxslərin sayı 59 min nəfərdir.

Cədvəl: 2015-2021-ci illərdə hər il xərçəng diaqnozu qoyulan şəxslərin sayı

İl

Diaqnoz qoyulanların sayı

2021

13 min 644

2020

11 min 595

2019

12 min 107

2018

11 min 123

2017

11 min 192

2016

10 min 807

2015

10 min 183

Xərçəngin ən çox hansı növü yayılıb?

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlər ölkədə xərçəngin ən çox hansı növünün yayıldığını da üzə çıxarır. Rəsmi rəqəmlərdən aydın olur ki, ən çox qeydə alınan xərçəng süd vəzi xərçəngidir. Ötən il qeydə alınan xərçəng diaqnozlarının 20 faizi (2 min 638 nəfərdə) məhz süd vəzi xərçəngi olub. İkinci ən çox qeydə alınan xərçəng növü traxeya, bronx və ağciyərdə qeydə alınan xəstəliklərdir. Ötən il bu diaqnoz 1 min 379 nəfərə qoyulub. Bu, bütün diaqnoz qoyulan şəxslərin 10 faizi deməkdir. Üçüncü geniş yayılan xərçəng növü mədə xərçəngidir. Ötən il həmin diaqnozlu şəxslərin sayı 1 min 371 nəfər (10 faiz) olub. Daha 701 nəfərdə bağırsaq xərçəngi, 486 nəfərdə isə qida borusu xərçəngi aşkar edilib. Ötən il ən az qeydə alınan xərçəng növü dodaq xərçəngi olub. İlboyu cəmi 25 nəfərə bu diaqnoz qoyulub.

Qanunla pulsuz olan onkoloji müalicə üçün xəstələr evlərini satır, bankalara borclanır
Gözlə

No media source currently available

0:00 0:04:58 0:00

Rəsmi rəqəmlər onkoloji xəstəliklərə tutulanlar arasında qadınların sayca çoxluğunu da göstərir. Ötən il Azərbaycanda xərçəng diaqnozu qoyulan şəxslərin 53 faizi qadınlar, 47 faizi kişilərdir.

2021-ci ildə Azərbaycanda onkoloji xəstəlik diaqnozu qoyulan şəxslərin 50 faizinin (6 min 815 nəfər) yaşı 60-dan çox, 41 faizinin (5 min 665 nəfər) yaşı 40-60 arası, 9 faizinin (1 min 164 nəfər) yaşı 40-dan az olub. Deməli, ölkədə xərçəng diaqnozu qoyulan şəxslərin təxminən yarısı heç pensiya yaşına çatmayan şəxslərdir.

Xərçəng ən çox ölüm doğuran ikinci xəstəlikdir

Onkoloji xəstəliklər ölkədə həm də ən böyük ikinci ölüm səbəbidir. Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda 76 min 878 nəfər vəfat edib. Ənənə pozulmayıb: Ölkədə ən çox qan dövranı xəstəlikləri ölümə səbəb olub. 2021-ci ildə Azərbaycanda 41 min 708 nəfər qan dövranı xəstəliklərindən yaşamını itirib. Bu, qeydə alınan bütün ölüm hallarının 54 faizi deməkdir. Ölkədə ən çox ölüm doğuran ikinci xəstəlik qrupu yenitörəmələr – onkoloji xəstəliklərdir. Ötən il Azərbaycanda bu xəstəlik ucbatından 8 min 509 nəfər (ölənlərin 11 faizi) vəfat edib. Başqa deyimlə, vəfat edən hər doqquz nəfərdən təxminən biri xərçəngdən ölür. Bununla bağlı diqqətçəkən daha bir məqam odur ki, 2021-ci ildə ölkədə xərçəng diaqnozu qoyulanların sayı 2020-ci illə müqayisədə 20 faiz artsa da, xərçəngdən ölənlərin sayı, əksinə, azalıb. 2020-ci ildə Azərbaycanda yenitörəmələr üzündən vəfat edənlərin sayı 9 min 879 nəfər – ötən illə müqayisədə 1 min 370 nəfər daha çox olmuşdu.

XS
SM
MD
LG