Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:09

"Həkimlər günahı ölənin boynuna qoymaq istəyirlər"


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

-

“Hər şeyi səhlənkarlıqları üzündən gənc həyatını itirmiş övladımızın üstünə atmaq istəyirlər. Əgər onun qaraciyərində, beynində problem var idisə, niyə qeysəriyyə yolu ilə uşağı götürmədilər?”

“9 ay həkim nəzarətində olmuşdu. Həmin müddətdə bircə dəfə də sağlamlığından narazılıq etmədi. Xəstəxanaya doğmağa gedəndə də normal idi. Axı niyə ölməli idi?”

24 yaşlı Xatirə Abbaslı analıq hissini yaşaya bilmədi. Ötən ay Sabunçu rayonu, 3 saylı şəhər klinik xəstəxanasındakı doğum şöbəsində dünyaya oğul gətirib özü gözlərini əbədi yumdu. İndi ailəsi həkimlərin yaxasından yapışıb.

“NİYƏ QEYSƏRİYYƏ YOLUYLA UŞAĞI GÖTÜRMƏDİLƏR?”

Anası Sevil Abbasova danışır:

“Doğum evinə yerləşdirəndən sonra telefonla dedi ki, “mədəm ağrıyır, hərarətim var”. Təqribən 10 dəqiqədən sonra həkim düşdü aşağı, gəldi dəhlizdə mənimlə görüşdü. Maraqlandı ki, Xatirənin antibiotikə qarşı allergiyası varmı, yoxmu? Dedim, “var, antibiotik vurulanda səpir”. Heç nə demədi, çıxıb getdi. Avqustun 8-dən 9-na keçən gecə ölüb, həkimlər bizdən gizlədiblər. Mənim övladım həkim səhlənkarlığının qurbanı olub”.

Mərhumənin yaxınları deyir ki, həkimlər onun gah qaraciyərində, gah da beynində problem olduğunu deyiblər:

“Hər vəchlə məsuliyyəti üzərlərindən atmaq istəyirlər. Hər şeyi səhlənkarlıqları üzündən gənc həyatını itirmiş övladımızın üstünə atmaq istəyirlər. Əgər onun qaraciyərində, beynində problem var idisə, niyə qeysəriyyə yolu ilə uşağı götürmədilər? Necə oldu ki, 9 ay ərzində bütün müayinələri təmiz çıxdı?

3 saylı şəhər klinik xəstəxanasının doğum şöbəsindən bildiriblər ki, Xatirə Abbaslının doğuşu normal keçib. Palataya keçiriləndən sonra səhhəti qəflətən pisləşib və reanimasiya şöbəsinə yerləşdirilib. Xəstə tənəffüs və ürək fəaliyyətinin pozulması nəticəsində ölüb.

Həkim o müddət ərzində bircə dəfə də demədi ki, beynində, ciyərində problem var. İndi yaxalarını kənara çəkmək üçün deyirlər ki, günah öləndə imiş”.

“SƏHHƏTİ QƏFLƏTƏN PİSLƏŞİB”

Xatirə Abbaslının ailəsi düşünür ki, həkimlər vəziyyəti ağırlaşan xəstəyə diqqət göstərməyiblər. Ölüm faktını da ailədən əməllərinə don geyindirəcək səbəb uydurmağa vaxt qazanmaq üçün gizlədiblər.

3 saylı şəhər klinik xəstəxanasının doğum şöbəsindən bildiriblər ki, Xatirə Abbaslının doğuşu normal keçib. Palataya keçiriləndən sonra səhhəti qəflətən pisləşib və reanimasiya şöbəsinə yerləşdirilib. Xəstə tənəffüs və ürək fəaliyyətinin pozulması nəticəsində ölüb.

Sabunçu rayon Prokurorluğu ana ölümü ilə əlaqədar cinayət işi qaldırıb, doğum şöbəsinin həkim və tibb bacılarından ifadələr alınıb. Araşdırma davam edir.

Doğulan andan ana nəvazişindən məhrum olan Rəsulu isə yaxın qohumlar boya-başa çatdırmalı olacaq.

XS
SM
MD
LG