Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:29

Başçı sahibkarın obyektini niyə sökdürdü


İllüstrasiya
İllüstrasiya

►Sahibkara gah deyiblər, "burdan yol çəkiləcək", gah "park salınacaq", gah da "məktəb tikiləcək"...

“Gədəbəyin icra başçısı Ramiz Yediyarov mənə məxsus yanacaqdoldurma məntəqəsinin altını üstünə çevirib”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə gədəbəyli sahibkar Xəyyam Əzimzadə deyir.

Sahibkar deyir, hər ay ona xeyli gəlir gətirən obyekt abadlıq işləri adı altında sökülüb:

“Heydər Əliyev prospekti 11 “a” ünvanında yanacaqdoldurma məntəqəm vardı. İcra başçısı əvvəlcə məntəqəni əlimdən almaqdan ötrü ən müxtəlif yollara əl atsa da, alınmadı. Nəhayət, onun göstərişi ilə qanuni obyektim dağıdıldı, məni də, işçilərimi də işsiz, gəlirsiz qoydular. Obyektdə bir neçə müharibə veteran işləyirdi. Obyektin gəlirilə neçə-neçə ailələrə dolanışıq üçün yardım edirdim. Özüm də başda olmaqla, neçə ailə ac qaldı”.

"BU, SİFARİŞDİR"

Sahibkara gah deyiblər, yanacaqdoldurma məntəqəsini ərazisindən yol çəkiləcək. Sonra park salınacağını, daha sonra isə yerində məktəb tikiləcəyini söyləyiblər:

“Ancaq hər üçü yalan çıxdı. Məlum oldu ki, sadəcə, yeri xoşlarına gəlib, zəbt ediblər. İndi də məhkəmə yollarında qalmışam. Dövlət orqanlarının verdiyi sənədlər də torpağın, üzərindəki tikililərin mənə aid olduğunu sübut edir”.

Sahibkar Gəncə İnzibati-İqtisad Məhkəməsində Gədəbəy rayon icra hakimiyyətinə qarşı iddia qaldırıb. Ancaq iddiasının təmin olunacağına ümidi yoxdur:

_________________________________________________________

Bunlara da bax:

_________________________________________________________

“Məhkəmələr də icra hakimiyyətlərinin sifarişini yerinə yetirir. Bundan əvvəlki məhkəmə icra hakimiyyətinin yanacaqdoldurma məntəqəsini sökməsini qanunsuz hesab etdi. Başçı məhkəmə qətnaməsinə məhəl qoymadı. Mən də yeni bir iddia ilə Gəncə İnzibati İqtisad məhkəməsinə üz tutdum. Söküb dağıtdıqları iş yerimizi bərpa edib özümüzə qaytarmaqlarını, ya da kompensasiya ödəmələrini tələb edirəm. Zəhmətlə qurduğum iş yerimi dağıdıb məni, daha bir neçə ailəni çörəksiz qoyublar. Tələb edirəm ki, Bakıda komissiya yaradılsın, prezident bu işi şəxsi nəzarətinə götürsün. Axı sonuncu dəfə yanvarın 26-da prezident keçirdiyi iclasda özü icra başçılarına tapşırıq verdi ki, sahibkarlara dəyib dolaşmasınlar. Bu dəqiqə ölkədə ümid sahibkara qalıb. Onları da belə incidirlər”.

"ABADLIQ İŞLƏRİNƏ GÖRƏ SÖKÜLÜB"

Gədəbəy rayon icra hakimiyyətindən bildiriblər ki, Heydər Əliyev prospekti 11 “a” ünvanında yanacaqdoldurma məntəqəsi rayon ərazisində aparılan abadlıq işlərinə görə sökülüb:

“Şəhərin Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulub, müasir işıqlandırma sistemi quraşdırılıb, istinad divarları çəkilib. Yanacaqdoldurma məntəqəsi müasir standartlara cavab vermirdi”.

İcra hakimiyyətindən sahibkara kompensasiya təklif olunduğunu, lakin onun məbləğlə razılaşmadığını bildiriblər. Sahibkarsa ona kompensasiya təklif olunması ilə bağlı deyilənləri təkzib edir.

Sahibkarla yerli icra hakimiyyəti arasındakı mübahisələrə Gəncə İnzibati-İqtisad Məhkəməsi son qoyacaq.

__________________________________________________________

Bu videolara da bax:

__________________________________________________________

XS
SM
MD
LG