Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:44

Azərbaycandan Serzh Sarkisian-a sərt cavab


Serzh Sarkisian Qarabağda
Serzh Sarkisian Qarabağda

-

“Ölkə daxilində və beynəlxalq səviyyədə nüfuzunu itirmiş Ermənistan rəhbərliyinin bu bəyanatı daxili auditoriyaya ünvanlanmış növbəti açıqlamalardan biridir. Bu, bir daha onu göstərir ki, keçmişin əsiri olan Ermənistanın siyasi rəhbərliyi bu günün reallığını dərk etmir. Hələ də keçən əsrin 80-ci illərinin sonuna xas “səhra komandiri ” təfəkkürü ilə düşünür”.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidentinin Dağlıq Qarabağla bağlı açıqlamalarını şərh edərkən belə deyib.

Nazirlik sözçüsü bildirib ki, Ermənistan daim tarixi saxtalaşdırır.

Buna da bax: Qarabağ danışıqlarının detalları bilinmirsə...

“Tarixi saxtalaşdıran Ermənistan rəhbərliyinin yaddaşını təzələyərək ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar Ağdərə rayonunun Marağa kəndində 1978-ci ildə qurulmuş “Marağa-150” abidəsini xatırlatmaq istərdik. Ermənistanın Azərbaycana ərazi iddialarının başlaması ilə “Marağa-150” abidəsi də 1988-ci ildə qəsdən məhv edildi.”, deyə nazirlik sözçüsü qeyd edib.

Hikmət Hacıyev deyib ki, Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğalı altında olan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi və suveren ərazisidir:

Buna da bax: Putin Azərbaycana gəlir

“Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyi gec-tez tam şəkildə təmin olunacaq. Buna əsla heç kimin şübhəsi olmasın".

Ermənistan prezidenti Serzh Sarkisian avqustun 1-də demişdi ki, “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birtərəfli güzəşt olmayacaq”.

O, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmayacağını vurğulamışdı.

“Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmayacaq. Bu istisnadır. Yenə də deyirəm, istisnadır. Mən bütün şüurlu həyatımı bu problemə həsr etmişəm”.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

XS
SM
MD
LG