Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:02

Bir qrup xırdalanlının 'əlindən xəta çıxa bilər'...


"Qaz olmayanda...". Karikatura. Gündüz Ağayev.
"Qaz olmayanda...". Karikatura. Gündüz Ağayev.

“2009-cu ildən bu binada yaşayırıq . 2013-cü ildə qaz sayğacına 395 manatdan yığdılar. Dedilər, kim sayğacın pulunu ödəsə, uzağı, 10 günə evinə qaz veriləcək. Biz də qaça-qaça gedib istədikləri məbləği ödədik”.

“Olimp” MTK-nın Xırdalandakı 26-cı məhəllədə inşa etdiyi “AAAF Park”ın sakinləri belə deyirlər. Onlar 7 ildir mənzillərinə qaz çəkilməsini gözləyirlər.

Buna da bax:​ Bayram gəlir, qiymətlər artır...

“Elə bil şahmat taxtasıdır”

Yaşayış kompleksinin 10-cu binasının 2-ci blokunda yaşayan Zülfüqar Süleymanov deyir, şəhərcikdəki binaların çoxunda qaz yoxdur. yalnız barmaqla sayılacaq bloklara qaz verilib:

“Elə bil şahmat taxtasıdır – binanın birində var, o birində yoxdur. Bax belə… İş orasındadır ki, yaşayış çox olan bloka qaz verilməyib, o blokda ki 2-3 ailə qalır, qazı var. Məsələn, bizim binada ən çox yaşayış 2-ci blokdadır, qaz verilmir. 10-cu blokda heç 30 faiz yaşayış yoxdur, o bloka qaz verilib. Adam bilmir ki, şirkət işçiləri nə yeyib, nə fikirləşib bunu edir. Sanki bilərəkdən əsəblərimizlə oynayırlar. Adam görəndə ki yaşayış olmayan bloka qaz verilib, ancaq özü soyuq, qazsız blokda donur, az qalır əlindən bir xəta çıxarsın”.

Buna da bax:​ Qonşular olmasayadı çoxdan donmuşduq

“90 faiz yığmışam, hanı qaz?”

Qonşu binada yaşayan Gündüz Şahəddinov qaz tələbi ilə iki dəfə yol bağladıqlarını bildirir. Hər iki halda vəd veriblər, qaz yox:

“Bu günədək müxtəlif bəhanələr gətirib qazı vermirlər. Əvvəl dedilər, gərək evlərin 80 faizi sayğaca pul ödəyə, şəxsən özüm qapı-qapı düşüb blokumuzdakı 25 evin 22-dən pul yığdım. Ancaq 3 il keçib, deyirəm, 80 faiz deyirdiniz, mən 90 faiz yığdım, bəs hanı qaz? Deyirlər, dözün, olacaq”.

Buna da bax:'Bu yazıqlar köçkün düşüblərsə, məsuliyyətini dövlət daşımalıdır'

İki dəfə vəd verilib?

2015-ci ildən indiyədək sakinlər qaz tələbi ilə iki dəfə Xırdalandakı mərkəzi yolu bağlayıblar. Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə kompleksi tikən şirkətin sahibi etirazçıların qarşısına çıxaraq onları sakitləşdiriblər. Sakinlərə bildirilib ki, yaxın vaxtlarda “Azəriqaz”la bəzi problemlər aradan qaldırılacaq və yaşayış kompleksində qazlaşdırılmayan blok qalmayacaq. Bu vəddən də 2 ilə yaxın vaxt ötür.

“AAAF Holding”lə sakinlərin fikri haçalanır

“AAAF Holding”dən “Qaynar xətt”ə bildirilib ki, yaşayış kompleksindəki bütün binalara qaz xətti çəkilib. Yaşayış çox olan binalarda qaz var: “Qaz olmayan bloklarda yaşayış azdır. Heç olmasa, 80 faiz yaşayış olmalıdır ki, o bloklara da qaz verilsin”.

Buna da bax:​ 'Qazı parniklərə verirlər, bizi isə dondururlar'

Sakinlərsə məhz yaşayış olan bloklara qaz verilmədiyini iddia edirlər.

Hüquqşünas çıxış yolunu məhkəmədə görür

Onlar indiyədək qaz tələbi ilə yalnız şirkətə üz tutduqlarını deyirlər. Hüquqşünas Vaqif Alıyev bunu yetərli saymır:

“Şirkətin müqavilə öhdəlikləri var. Bu öhdəliklər pozulubsa, sakinlər həm maddi, həm də mənəvi zərərin kompensasiyası üçün kütləvi şəkildə məhkəməyə müraciət edə bilərlər”.

XS
SM
MD
LG