Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:37

Ukrayna 'Rusiyanı qəzəbləndirmiş məşqçinin' cəriməsini ödəmək istəyir


Ognjen Vukojevic (solda) və Domagoj Vida əvvəllər Dinamo Kiyevdə oynayıblar
Ognjen Vukojevic (solda) və Domagoj Vida əvvəllər Dinamo Kiyevdə oynayıblar

Ukraynanın futbol federasiyası FIFA tərəfindən Xorvatiya milli yığmasının məşqçilərindən biri üzərinə qoyulmuş cəriməni ödəməyə hazır olduğunu bildirib.

Xorvatiya baş məşqçisinin müavini FIFA tərəfindən ziddiyyətli videoya görə cərimələnmişdi. Bu video Xorvatiya yığması dünya çempionatında Rusiya komandasını məğlub etdikdən sonra çəkilib.

Ukrayna federasiyasının prezidenti Andriy Pavelko iyulun 10-da ölkənin 112 telekanalına deyib ki, Ognjen Vukojevic-in üzərinə qoyulmuş 15 min 150 min dolları ödəməyə hazırdır.

***

Bundan əvvəl Xorvatiya futbol federasiyası bildirmişdi ki, milli yığmanın baş məşqçisinin müavini futbolçulardan birinin ziddiyyətli videosunda iştirakına görə vəzifəsindən azad edilir.

Bu video futbol üzrə dünya çempionatının Rusiya-Xorvatiya matçından sonra internetdə peyda olub.

İyulun 9-da Ognjen Vukojevic-in vəzifəsindən azad edilməsinə səbəb olmuş videoda Xorvatiya müdafiəçisi Domagoj Vida öz komandasının Rusiya üzərində qələbəsini “Ukraynaya eşq olsun” şüarı ilə alqışlayırdı.

Həm Vukojevic, həm də Vida əvvəllər Kiyevin Dinamo klubunda oynayıblar.

Xorvatiya federasiyasının bəyanatında deyilir: “Federasiya Xorvatiya nümayəndə heyətinin hərəkətlərinə görə Rusiya ictimaiyyətindəın üzr istəyir. Ognjen Vukojević və Domagoj Vida da öz bəyanatlarına görə üzrxahlıq edirlər. Onların bəyanatı siyasi məqsəd niyyətli olmasa da, təəssüf ki, belə bir interpretasiya üçün ayaqyeri qoyub”.

Sözü gedən videoda Vukojevic deyir: “bu qələbə Dinamo və Ukrayna üçündür…İrəli Xorvatiya”.

FIFA tərəfindən araşdırlan bu video Rusiyada böyük hiddət doğurmuşdu. Bəzi Rusiya siyasətçiləri “Ukraynaya eşq olsun” şüarını millətçilik aktı və FIFA qaydalarının pozulması kimi qiymətləndirmişdilər.

Bu məsələnin araşdırılmasından sonra FIFA Vukojevic-i 15 min dollar cərimə edib, Vida-ya isə xəbərdarlıq bildirib.

Buna baxmayaraq Vida-nın iyulun 11-də İngiltərə yığmasına qarşı yarımfinal matçında iştirakına icazə veriləcək.

Rusiyanın Sport Express qəzeti yazır ki, iyulun 7-də Rusiya ilə matçtda həlledici qolu vurmuş Vida, səsləndirdiyi şüarın şəxsi mahiyyət daşıdığını bildirib:

"Futbolda siyasət yoxdur. Bu mənim Dinamo Kiyevdəki dostlarımla bir zarafatım idi. Mən rusiyalıları da sevirəm, ukraynalıları da…”

Bu insident Rusiyada keçirilən Dünya Kubokunda yeganə belə hadisə olmayıb. Bundan əvvəl FIFA iki isveçrəli futbolçunu cərimələsə də çempionatdan çıxarmayıb. Onlar vurduqları qolların ardınca jestləri ilə ikibaşlı qartalın – Albaniyanın simvolunu göstərmişdilər.

Futbolçular Granit Xhaka və Xherdan Shaqiri əslən keçmiş Serbiya əyaləti Kosovoya bağlıdırlar.

Kosovo 2008-ci ildə Belqraddan müstəqilliyini əldə edib.

XS
SM
MD
LG