Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:46
V.Putin və D.Peskov
V.Putin və D.Peskov

'Rusiya Dağlıq Qarabağın statusuna dair mövqeyini dəyişməyib'

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

'Rusiya Dağlıq Qarabağın statusuna dair mövqeyini dəyişməyib'

Rusiya, digər ölkələr kimi, Dağlıq Qarabağın statusuna dair mövqeyini dəyişməyib. Bu ərazinin kimə məxsus olması kifayət qədər çoxdan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyənləşdirilib. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Xəbəri "RİA Novosti" yayıb.

"Bütün bunları Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib. Rusiya heç nəyi dəyişməyib. Əslində, heç bir ölkə dəyişməyib", – Peskov Rusiyanın Qarabağın statusu ilə bağlı mövqeyində hər hansı dəyişikliyin olub-olmaması haqda sualı belə cavablandırıb.

"Prezident Vladimir Putin də deyib ki, Qarabağın müstəqilliyi tanınmayıb. Hətta Ermənistan belə onu tanımayıb", – Peskov vurğulayıb.

Azərbaycan müharibədə həlak olanların sayı açıqlandı - rəsmi məlumat nə qədər realdır?
Gözlə

No media source currently available

0:00 0:12:08 0:00

ATƏT-in fəaliyyətdə olan sədri danışıqlara tərəfdardır

Albaniyanın Baş naziri, ATƏT-in fəaliyyətdə olan sədri Edi Rama dekabrın 3-də videolink vasitəsilə qurumun Nazirlər Şurasının iclasına qoşulub. O, çıxışında regionla bağlı bir sıra məsələlərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə toxunub.

"Döyüşlərin dayanmasından məmnunam və indi öhdəliklərin yerinə yetirilməsi vaxtıdır. ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin yenidən işə salınması təşəbbüslərinə tam dəstəyimi bildirirəm. İndi xoş inamla substantiv danışıqlar davam etdirilməli, münaqişənin hərtərəfli, dinc və davamlı həllinə yönəlik addımlar razılaşdırılmalıdır", – E.Rama vurğulayıb.

Vətən müharibəsi memorial kompleksi inşa ediləcək

Dekabrın 3-də prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri, layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Azərbaycan Müdafiə Nazirliyinin dekabrın 3 -də yaydığı açıqlamaya görə, 44 günlük savaşda bu ölkənin Silahlı Qüvvələrinin 2 min 783 nəfər hərbi qulluqçusu həlak olub. 100 nəfərdən artıq hərbi qulluqçunun itkin düşmüş hesab olunduğu, 1245 nəfərin isə tibb müəssisələrində müalicəsinin davam etdiyi bildirilir.

Bundan başqa, bu hadisələr zamanı 100-ə yaxın mülki insanın həlak olduğu, 400-dən də çoxunun yaralandığı açıqlanıb.

Davamı

XS
SM
MD
LG