Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 08:09

Putini Kremldən qovmaq istəyən şaman yürüşünü davam etdirəcək


Rusiya prezidenti Vladimir Putini Kremldən qovmaq istəyən yakutiyalı şaman Aleksandr Gabyshev yeni videomüraciət yazıb.

Yakutia.info saytına müsahibəsində şaman deyib ki, Moskvaya yürüşünü dayandırmaq fikrində deyil.

O bildirib ki, tərəfdarlarından ibarət dəstəni yenidən yığaraq yürüşünü davam etdirmək niyyətindədir.

Gabyshev öz yürüşünü 2021-ci ildə başa çatdırmağı planlaşdırır.

Şaman bildirib ki, yürüşə onun polislər tərəfindən saxlandığı nöqtədən davam edəcək.

Gabyshev bunu da deyib ki, onun Moskvaya yürüşü tam dinc xarakter daşıyacaq.

O vəd edib ki, Putinin başından bir tük də əskik olmayacaq və Putinin bir damla qanı da axıdılmayacaq.

Şaman habelə yerli hakimiyyət orqanlarının onun şəxsi həyatında problemlərin olduğuna dair iddialarını rədd edib.

Gabyshev deyib ki, rəsmilər sadəcə olaraq “cinin hakimiyyətindən qorxurlar”. O bildirib ki, “Rusiyanın sadə insanları onun tərəfindədirlər”.

Psixiatrik xəstəxanaya salınması ilə bağlı suala cavab verərkən Gabyshev bildirib ki, bu, SSRİ vaxtındakı “divantutma təbabətinin nümunəsidir”.

Gabyshev sentyabrın 19-da Buryatiya ilə İrkutsk vilayətinin sərhədində saxlanıb.

Onu həmin gün Yakutiyaya və buradakı psixonevroloji xəstəxanaya gətiriblər.

Şamana qarşı ekstremizmə çağırış ittihamı ilə cinayət işi qaldırılıb.

Sentyabrın sonlarında Gabyshev yürüşünü müvəqqəti olaraq dayandırıldığını bildirib.

Bu arada Gabyshev öz dəstəsini buraxdığını elan edib.

Amnesty International insan haqları təşkilatı yakutiyalı şamanı vicdan məhbusu hesab etdiyini bildirib.

XS
SM
MD
LG