Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:00

N.Məmmədov: 'Yeddi ilin memarı İlham Əliyev olmalıdır'


YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü
YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü

«Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı prezident İlham Əliyev olmalıdır».

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu gün, fevralın 8-i keçirilən qurultayı ilə bağlı fikirlərini özünün Facebook səhifəsindən bölüşən prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov belə yazıb.

«Möhtəşəm bir Qurultay. Səmimi, ürəkdən gələn, gələcəyə inamlı və ümid dolu çıxışlar. Ölkənin müxtəlif region və təşkilatlarının nümayəndələrinin nitqləri bir leytmotiv üzərində köklənmişdi», - N.Məmmədov yazıb.

O, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinə toxunaraq, keçmiş prezident Heydər Əliyevin fikirlərini yada salıb:

«İstər-istəməz dahi Heydər Əliyevin aşağıdakı cümlələrini «Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram...Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm» xatırladım. Qurultayda elə təəssürat yaranmışdı ki, sanki hamı bu müdrik kəlamları xatırlayır».

N.Məmmədov əlavə edib ki, Azərbaycan xalqının prezident İ.Əliyevə şübhəsiz inandığını düşünür.

İ.Əliyev YAP-ın qurultayında çıxış edir.
İ.Əliyev YAP-ın qurultayında çıxış edir.

YAP-ın qurultayı başa çatıb

Nümayəndələrin çıxışlarından sonra YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov danışıb. O, 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərarını təqdim edib.

Qərar qəbul olunub.

YAP-ın sədri, dövlət başçısı İ.Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib.

Yeni Azərbaycan Partiyasının VI qurultayı dövlət himninin səslənməsi ilə başa çatıb.

İlham Əliyevin prezidentliyə namizədliyi verilib

Bu gün, fevralın 8-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi verilib.

***Buna da bax-Seçki təqvim planı: Namizəd 2 həftəyə 60 dairədən 40 min imza toplamalıdır... [video]

AZƏRTAC-ın xəbərinə görə, qurultayda partiyanın sədri, prezident İ.Əliyev nitq söyləyib.

Dövlət başçısı YAP-ın yaranmasından, keçdiyi yoldan, ilk sədr Heydər Əliyevin xidmətlərindən, partiyanın ölkənin və cəmiyyətin həyatındakı rolundan bəhs edib

Sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev, YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quliyeva, Milli Məclisin deputatı Rəşad Mahmudov, Gəncə şəhərindən olan işadamı Elnur Camalxanov və başqaları çıxış ediblər.

Çıxışlarda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisində partiyanın sədri İ.Əliyevin namizədliyinin irəli sürülməsi təklif olunub.

Bakı küçələrində növbədənkənar seçki müzakirəsi
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

YAP-ın VI qurultayı başlayıb

Bu gün, fevralın 8-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı öz işinə başlayıb.

Bu barədə AZƏRTAC xəbər yayıb.

Tədbir Heydər Əliyev adına Mərkəzdə keçirilir.

Qurultayda ötən dövrün hesabatlarının dinlənməsi, təşkilati məsələlərə baxılması, növbədənkənar prezident seçkilərinə namizədin irəli sürülməsi gözlənilir.

***Buna da bax-Qəfil prezident seçkisi keçirməkdə məqsəd nədir? [versiyalar]

Xəbərdə bildirilir ki, hazırda partiyanın sədri, prezidenti İlham Əliyev nitq söyləyir.

YAP 1992-ci ildə yaradılıb və ilk sədri ölkənin mərhum prezidenti Heydər Əliyev olub.

2005-ci ildən indiki prezident İlham Əliyev partiyanın sədridir.

1992-ci ildən 2013-cü ilə kimi partiyanın 5 qurultayı keçirilib.

İlham Əliyev növbədənkənar prezident seçkisi elan etdi
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Bu il fevralın 5-də dövlət başçısı İ.Əliyev növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkisinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Fevralın 6-da isə MSK növbədənkənar prezident seçkisinin aprelin 11-də keçirilməsi ilə bağlı qərar verib.

Azərbaycanda bu sərəncama qədər prezident seçkisinin, qanunvericiliyə uyğun olaraq, bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulurdu.

XS
SM
MD
LG