Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:39

Güclü qar Yaponiyada 17, ABŞ-da azı 34 nəfərin həyatına son qoyub


Arxiv fotosu
Arxiv fotosu

Son günlər Yaponiyada güclü qar 17 nəfərin həyatına son qoyub, 93 nəfər xəsarət alıb. Bu haqda “Associated Press” məlumat yayıb.

Yaponiyanın şimalına qar ötən həftə yağıb. Sinoptiklərin məlumatına görə, ölkənin şimal-şərq hissəsinə normadan üç dəfə çox qar düşüb. Nəticədə onlarla aviareys, qatar reysləri təxirə salınıb, yüzlərlə avtomobil yollarda qalıb.

Dekabrın 25-də səhər Xokkaydo adasında 20 minə yaxın evin elektriki kəsilib. Gün ərzində isə ziyan görən rayonların əksəriyyətində elektrik verilişi bərpa olunub.

7 mindən çox reys təxirə salınıb

Birləşmiş Ştatlarda güclü şaxta və qar çovğununda ölənlərin sayı 34-ə çatıb, “Associated Press” bildirir. Daha öncə azı 28 nəfərin öldüyü deyilirdi.

Ən çox ölü sayı Nyu Yorkun payına düşür – 12 nəfər.

“Bəziləri maşınlarda, bəziləri qar uçqununda ölü tapılıb. Bilirik ki, azı 2 gündür maşınlarda qalanlar var”, – Nyu York ştatında Eri dairəsinin başçısı Mark Polonkarz deyib.

Bu həftə ABŞ-ın böyük hissəsində qar çovğunu baş verib. Milli Meteorologiya Xidmətinin (NWS) məlumatına görə, 48 ştatdan 200 milyondan çox amerikalıya təhlükə səviyyəsinin artırılması haqda tövsiyə, yaxud xəbərdarlıq göndərilib.

Aeroportlar boran səbəbindən fasilələrlə işləməyə başlayıb. Dekabrın 25-də ölkə üzrə 7 mindən çox reysin təxirə salındığı, yaxud yubandığı bildirilib.

XS
SM
MD
LG