Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:07

Cəmil Həsənli: ‘Elə seçkilərin belə də təyinatı olmalı idi’


Cəmil Həsənli, noyabr 2014
Cəmil Həsənli, noyabr 2014

Zahid Oruc: “Novruz Məmmədov dövlət başçısının hansı hədəflər uğrunda savaşdığını yaxşı anlayır”

Prezidentliyə keçmiş namizəd, deputat Zahid Oruc isə bildirib ki, Novruz Məmmədov dövlət sirlərini bilir, qlobal mənafe savaşlarından baş çıxarır və birinci şəxsin yürütdüyü siyasətin strateji hədəflərini bütün dünyagörüşünə hopdurmağı bacarıb.

“O, heç zaman intriqalarda və ya maraq toqquşmalarında ad çıxarmayıb. Hamı qəbul edir ki, ölkəmiz yeni bir dönəmə daxil olur. Cənab İlham Əliyev yüksək ambisiyalı proqramları qarşıya qoyduğundan ona çevik, reputasiyası təmiz və xalqın iqtisadi-sosial çağırışlarını öz üzərinə götürməyi bacaran bir hökumət lazımdır. Novruz Məmmədov dövlət başçısının hansı hədəflər uğrunda savaşdığını yaxşı anlayır”, o qeyd edib.

***

Cəmi Həsənli: “Bu İlham Əliyevin islahatlara gedəcəyinə ümid edənlərin...”

“Bu olduqca qeyri-ciddi təyiantdır. Hökumətinin dekorasiya olmasının təsdiqidir”.

Demokraitk Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli bunu Azadlıq Radiosuna N.Məmmədovun baş nazir təyin edilməsi ilə bağıı şərhində bildirib.

C.Həsənli hesab edir ki, bu təyinatın kökü bu il aprelin 11-də keçirilmiş prezident seçkilərindədir:

“Elə seçkilərin belə də təyinatı olmalı idi”.

C.Həsənli vurğulayır ki, bu İlham Əliyevin islahatlara gedəcəyinə ümid edənlərin nə dərəcədə yanıldığının gösətricisidir.

***

N.Cəfərli: “Bu Nazirlər Kabinetinin ləğvi mərhələsidir”

“Əslinə qalsa, maraqlı və gözlənilməz addımdır”.

REAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli bunu Novruz Məmmədovun baş nazir təyin olunması xəbərini şərh edərkən deyib.

N.Cəfərli hesab edir ki, dövlət başçısı bu təyinatı hakimiyyətədki qrupların maraqlarını nəzərə alaraq gerçıkləşdirib.

Onun fikrincə, bu mənada indiki baş naziri “kompromis baş nazir” də adlandırmaq olar:

“Əks halda iddialı, güclü bir fiqurun ortaya çıxması bu qruplardan hansınınsa hakimiyyətə nəzarət baxımından irəli çıxması demək olardı. Bu mənada, görünür, N.Məmmədov bütün qrupları qane edən fiqurdur”.

N.Cəfərli düşünür ki, bu həmdə ölkədə vitse-preidentlik institutunun işə salınasında bir keçid mərhələdir:

“Bu mərhələdə Nazirlər Kabinetinin səlahiyyətləti get-gedə daralacaq, nəticə etibarilə bir institut olaraq onun ləğvinə səbəb olacaq”.

20016-ci ildə ölkə Konstitusiyasına dəyişiklik edilib. Bu dəyişiklikdən sonra artıq, ölkədə ikinci şəxs baş nazir yox, birinci vitse prezidentdir.

Birinci vitse prezident vəzifəsini prezidentin xanımı, Mehriban Əliyeva tutur.

***

Z.Əlizadə: “Prezidentin arxasından iş çevirməsin. ”

“Bu təyinat İlham Əliyevin atası Heydər Əliyevin vəsiyyətini dəqiq yerinə yetirməsini göstərir”.

Politoloq Zərdüşt Əlizadə bunu Azadlıq Radiosuna Novruz Məmmədovun baş nazir təyin olunası ilə bağlı bildirib.

Z.Əlizadə bu təyinatı belə izah edib:

“Baş nazir postuna elə adam təyin olunmalıdır ki, prezidentin arxasından iş çevirməsin. Bu mənada itaətkar, iddiasız olsun. Bu itaətkarlığı bundan əvvəlki baş nazir Arur Rasi-zadənin baş nazirlik dövründə gördük...”

***

A.Hacılı: “Baş nazirin hansı səlahiyyəti var ki?...”

“Baş nazirin hansı səlahiyyəti var ki?. Əslində inidiki hakimiyyətdə baş nazirin hər hansı səlahiyyəti yoxdur “

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Azadlıq Radiosuna Novruz Məmmədovun baş nazir təyin olunması xəbərinə münasibət bildirərkən deyib. A.Hacılı əlavə deyib ki, Azərbaycanda tək baş nazir yox, bütünlükdə Nazrilər Kabineti hər hansı səlahiyyətə malik deyil. Onun deməsinə görə, faktiki olaraq hökumətə də prezident başçılıq edir:


“Bu mənada N.Məmmədov kimi bacarıqsız, iddiasız bir şəxsin o posta təyin edilməsi də təəccüb doğurmur”.

XS
SM
MD
LG