Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:47

Yeni il gecəsində Sankt-Peterburqda 3000-dək miqrant saxlanıb


Sankt-Peterburq şəhərinin Saray meydanı dekabrın 31-də
Sankt-Peterburq şəhərinin Saray meydanı dekabrın 31-də

Yeni il gecəsində Sankt-Peterburq şəhərinin mərkəzində miqrantların kütləvi saxlanması keçirilib.

Fontanka saytı xəbər verir ki, polis şöbələrinə 3 minədək miqrant gətirilib.

Xəbər verilir ki, bunlardan 600 nəfərinin miqrasiya qanunvericiliyini pozduğu məlum olub.

Bu da bildirilir ki, 100-dək miqrant Rusiyadan deportasiya oluna bilər.

Peterburqun mərkəzi hissəsi Yeni il axşamı ictimai gəzinti üçün bağlı idi. Şəhərdəki bayram tədbirləri Belqorod şəhərinin atəşə tutulmasının qurbanlarının xatirəsi üçün ləğv edilmişdi.

Dekabrın 30-da Belqorodun atəşə tutulması nəticəsində 25 nəfər həlak olub.

Sota saytı xəbər verilir ki, Moskvada da miqrantların saxlanması üçün reydlər keçirilib.

Saxlananların sayı barədə məlumat verilmir. Qırmızı meydan yanvarın 1-ə keçən gecə bağlı idi.

Hərbi komissarlıqlara çağırış

Bu da xəbər verilir ki, Çelyabinsk şəhərində İstintaq Komitəsinin iddiasına görə “xüsusi hərbi əməliyyat” (Moskva Ukraynaya qarşı müharibənbi belə adlandırır – red) iştirakçılarına hücumla bağlı bir qrup miqranta qarşı cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə Yeni il gecəsində sayı bəlli olmayan xaricilər ön cəbhədən tərxis olunmuş hərbçilərlə dava-dalaş salıblar.

Teleqram kanallarda dalaşanların təxminən 10 nəfər olduğu deyilir.

Son aylarda Rusiyanın hüquq-mühafizə orqanlarının miqrantların üzərinə keçirdiyi reydlər barədə xəbərlər verilib.

Bu reydlər zamanı yenicə Rusiya vətəndaşlığı almış, amma hərbi qeydiyyatda olmayan çox sayda miqrant aşkar olunub. Bu şəxslərə hərbi komissarlıqlara çağırış vərəqələri təqdim olunub.

XS
SM
MD
LG