Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:33

ABŞ-ın yeni qanununda Rusiyanın “nəfəsini kəsəcək” örtülü məqamlar var…


AzadlıqRadiosunun müxbiri Mike Eckel yazır ki, bu həftə prezident Trump tərəfindən könülsüz imzalanmış qanunda Rusiya üzərinə qoyulmuş sanksiyalar möhkəmləndirilib və genişləndirilib, lakin bundan başqa bu sənəddə qanunun quru dili ilə gizlədilmiş çox mühüm bir məqam var.

Bu məqam əslində, Moskva bundan sonra da özünü Vaşinqton istəyən kimi aparmasa, ona tətbiq oluna biləcək növbəti daha sərt addımlara işarə edir.

2012-2014-cü illərdə Dövlət Departamentində Rusiya və İran sanksiyaları üzərində işləmiş Peter Harrell deyir ki, bunu hədə də adlandırmaq olar.

Sözü gedən qanunun bir bölümündə Rusiyanın dövlət borcu məsələsinə toxunulur. Rusiya bir qayda olaraq 2014-cü ilin sanksiyalarından bəri özünün strateji baxımdan ən mühüm şirkətlərinə görə borca girir.

Qanunda tövsiyə olunur ki, Maliyyə Nazirliyi və Dövlət Departamenti sanksiyalara Rusiyanın dövlət borcu ilə bağlı sahələrin daxil edilməsinin perspektivlərini öyrənsin.

Başqa sözlərlə, söhbət Rusiyanın sanksiyalara üstün gəlmək üçün apardığı kredit borcları siyasətinin öyrənilməsindən gedir.

Doğrudur qanunda hələlik bu barədə yalnız hesabatın hazırlanması nəzərdə tutulur, lakin bu həm də Konqresin atacağı növbəti addımların istiqamətini göstərir.

Növbəti addımlar isə Rusiya hökumətinə yaxın bir neçə böyük şirkətin beynəlxalq kredit bazarına yolunun bağlanmasından ibarət ola bilər.

Daniel Fried
Daniel Fried

İndiyədək bu kanalın açıq olması Rusiyaya böyük şirkətlərini iflasdan qurtarmaq imkanı verib. Rusiya qara gün üçün saxladığı ehtiyat fondundan on milyardlarla dollar ayırmalı olub.

Eckel yazır ki, söhbət ilk növbədə Riosneft və Sberbank kimi nəhənglərin borcdan xilas edilməsindən gedir. Hər iki şirkətdə nəzarət paketi Rusiya dövlətinə məxsusdur.

Harell-in fikrincə Konqres bu qanunla Rusiyaya növbəti addımların siqnalını verir.Daniel Fried isə deyir ki, Konqres bu addımlara eskalasiyanın baş verdiyi təqdirdə gedəcək.

Qanun habelə nazirliklərə Rusiya Federasiyasının aparıcı siyasətçi və oliqarxlarının Rusiya hökumətinə yaxınlığını və onların toplam sərvətini müəyyən etməyi tapşırır.

Hesabatda həmçinin bu rəsmi və oliqarxların ailə üzvləri, arvadları və uşaqları, onların sahiblik statusları, investisiyaları, ofşor şirkətləri barədə məlumatlar yer alacaq.

Rusiyanın biznes maqnatlarını araşdıran rusiyalı fəal İlya Zaslavski bildirir ki, bu cür addımlar Moskva üçün ağır zərbə olardı, çünki Rusiyada siyasətlə biznes çoxdan bir-birinə qarışıb.

Məqalədə deyilir ki, mümkün yeni sanksiyaların nəticəsində, məsələn hökumət nazirinin qızı ABŞ universitetlərində oxumaqdan məhrum ola bilər. Bu isə konkret və ağır zərbədir.

XS
SM
MD
LG