Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:49

Yeni qərar: Martın 6-dan karantin rejimi yumşalır


Azerbaijan -- Cabinet of Ministers
Azerbaijan -- Cabinet of Ministers

Martın 5-də Azərbaycanda epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

AzərTac-ın məlumatına görə, martın 6-dan qüvvəyə minəcək qərarda aşağıdakılara icazə verilir:

- dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna;

- dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə;

- bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə;

- ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə;

- masaj xidmətlərinin göstərilməsinə;

- sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə məhdudiyyətlər ləğv edilir.

Bundan başqa mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının , habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti;

- dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti;

- şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti;

- ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət;

- pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları;

- 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti.

Fəaliyyətinə icazə verilən xidmətlərdən alnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilər.

O da qeyd olunur ki, tətbiq edilən tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək.

Vurğulanır ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə metodiki göstərişlərdə qeyd olunmuş tövsiyələrə riayət olunması zəruridir.

Gündəlik 433 yoluxma aşkarlanıb

Azərbaycanda son sutka ərzində (COVID-19) infeksiyasına 433 yeni yoluxma faktı qeydə alınıb, 1531 nəfər sağlıb.

Bu barədə martın 5-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumatda qeyd olunur ki, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 788 min 958 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 774 min 246 nəfəri sağalıb, 9 min 500 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 5 min 212 nəfərdir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG