Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:33

Ermənistan XİN: danışıqlar masasında heç bir sənəd yoxdur


Şavarş Koçaryan
Şavarş Koçaryan

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan jurnalistlərin suallarına cavab verərkən münaqişəyə dair heç bir yeni sənədin mövcud olmadığını bəyan edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana gəlişinə bir neçə saat qalmış rəsmi Yerevan masanın üstündə Qarabağ tənzimlənməsinə dair heç bir sənədin olmadığını bəyan edib.

Azatutyun yazır ki, hələ bu səfərin ərəfəsində nüfuzlu Rusiya qəzetləri – İzvestiya, Kommersant və Nezavisimaya qəzeta Lavrovun Yerevana konkret təklif sənədləri ilə gedəcəyini yazırdılar.

Bundan əvvəlki çıxışlarında Sergey Lavrovun özü də Qarabağ münaqişəsinin tənzimlənməsinə dair xüsusi planın olduğuna işarə etmişdi.

Sənədlər Madrid, Kazan prinsiplərinə aiddir, lakin bu anda konkret heç bir sənəd masa üstündə deyil. Lavrov bura hansısa təklif barədə cavab almağa gəlmir

Lakin başqa Rusiya rəsmiləri, o cümlədən baş nazir Dmitri Medvedev planın artıq çoxdan ortada olduğunu və yeni heç nəyin “icad edilməsinə” ehtiyac olmadığını demişdi.

Bəzi media vasitələri bu planın spesifik müddəaları barədə fikir də yürüdürdülər.

Lakin bu gün Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan jurnalistlərin suallarına cavab verərkən münaqişəyə dair heç bir yeni sənədin mövcud olmadığını bəyan edib.

“Sənədlər Madrid, Kazan prinsiplərinə aiddir, lakin bu anda konkret heç bir sənəd masa üstündə deyil, - deyib Koçaryan, - Lavrov bura hansısa təklif barədə cavab almağa gəlmir. Burada münasibətlərin çox geniş spektri müzakirə olunacaq. Təbii ki, Qarabağ münaqişəsinin tənzimlənməsilə əlaqədar məsələnin müzakirəsindən də yan keçilməyəcək, xüsusilə də Azərbaycanın bu son təcavüzündən sonra”.

Rusiya mətbuatında “Rusiya planına” dair dərc edilən məqalələrlə bağlı Koçaryan deyib ki, media çox şey yazır, lakin bunların əksəriyyəti həqiqətdən uzaqdır.

Yerevanın mövqeyi dəyişməyib

O deyib ki, Qarabağ tənzimləməsi məsələsində Yerevanın mövqeyi dəyişməyib.

Koçaryan bildirib ki, əksinə “Azərbaycanın son təcavüzü” ilə bağlı bundan əvvəl əldə olunmuş üçtərəfli razılaşmaların da üstündən xətt çəkilib.

Ermənistan xarici işlər naziri müavininin sözlərinə görə ilk növbədə atəş dayandırılmalıdır.

Şavarş Koçaryan bunu da əlavə edib ki, “Azərbaycan hakimiyyətinə öz simasını itiriməməsi və öz xalqına Qarabağda referendumun keçirilməsinin zəruriliyinə inandırması üçün vaxt verilməsinə dair ideyalar” da dolaşır.

“Lakin zaman göstərdi ki, Bakı vaxtdan öz simasının xilası üçün istifadə etmir, tamam əks istiqamətdə hərəkət edir. Bu məcbur edir ki, bu məsələyə başqa yanaşmalar ətrafında danışıqlar getsin” – deyib Şavarş Koçaryan.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da söhbətin hər hansı yeni planlardan yox, mövcud təkliflərin təkmilləşdirilməsindən getdiyini bildirib.

Azərbaycan tərəfi də Rusiyanın konkret planı olduğu barədə mülahizələrlə əlaqədar konkret şərh vermir.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun radio proqramında

Danışıqlarda erməni tərəfinin "qırmızı xətti" hardan kemir?
Supermarketlər "batırıq" deyir

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

"Azərbaycanda gəlirin 70 faizdən çoxu yeməyə gedir"
Dolların üstündə qadın şəkli olacaq

XS
SM
MD
LG