Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:14

5 manatlıq yubiley gümüş pul nışanı buraxılıb


Azərbaycan Mərkəzi Bankı tədavülə yeni yubiley pul nişanı buraxıb.

Bu barədə bu gün, oktyabrın 24-də Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumatda bildirilir ki, 2019-cu ildə müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Xalq Cümhuriyyətinin (XC) yadigarı olan Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsinin 100-cü ildönümü tamam olur:

“Bu yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb.Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31.1 qr. (+ 0.1 qr.), diametri isə 38.61 mm. təşkil edir. Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib”.

Yubiley pul nişanının ön tərəfində Bakı Dövlət Universitetinin inzibati binasının təsviri, keçmiş Prezident Heydər Əliyevin kəlamı, imzası, 8 guşəli ulduzlar, milli naxış və ornamentlər əks edilib. Arxa tərəfində isə Azərbaycanın Dövlət Gerbi və pul nişanının nominalı təsvir olunub.

“Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir”, Mərkəzi Bank bildirir.

Xatırlatma

BDU Xalq Cümhuriyyəti (XC) parlementinin 2019-cu il sentyabrın 1-də verdiyi qərarla yaradılıb.

XC 2018-ci il mayın 28-də qurulub, 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib.

Azərbaycanın müstəqilliyi bir də 1991-ci ildə bərpa edilib.

XS
SM
MD
LG