Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:25

Yunanıstan iki Rusiya diplomatını ölkədən qovur


Yunanıstan iyulun 12-də Rusiyanın iki diplomatını öz ərazisindən çıxardığını və daha iki diplomatın ölkəyə buraxılmadığını bəyan edib. Yunanıstan bu diplomatları ötən ay Afina və Makedoniya arasında razılaşmanın əldə olunmasına maneçilik törətməkdə ittiham edir.

Afina və Skopye arasında Makedoniyanın yeni adına dair əldə olunmuş razılaşma Makedoniyanın NATO üzvlyünə yol açıb.

Rəsmilər bildirirlər ki, Rusiya diplomatlarına Yunanıstanı tərk etmək üçün iyulun 13-dək vaxt verilib.

Yunanıstan hökumətinin sözçüsü Dimitris Tzanakopoulos iyulun 11-də demişdi ki, Afina “beynəlxalq qanunları pozan davranışı” və Yunanıstan dövlətinə qarşı hörmətsizliyi qəbul etmir.

Sözçü bildirib ki, sözü gedən şəxlər “diplomat statusu ilə bir araya sığmayan fəaliyyətdə bulunublar”.

Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Afinanın bu qərarına simmetrik cavab verəcək.

Yunanıstan və Makedoniya arasında ötən ay əldə olunmuş razılaşmaya görə keçmiş Yuqoslaviya respublikası bundan sonra “Şimali Makedoniya” adlanacaq.

Rusiya diplomatları bildirirlər ki, xarici işlər naziri Sergei Lavrovun bu payız Yunanıstana planlaşdırılan səfəri baş tutmaya bilər.

XS
SM
MD
LG