Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 08:41

Yunanıstanda baş verən toqquşmalar zamanı azı 22 nəfər saxlanıb


Yunanıstanda etiraz aksiyası
Yunanıstanda etiraz aksiyası

Noyabrın 17-də Yunanıstanda baş verən toqquşmalarda azı 22 nəfər saxlanıb.

Bu il noyabrın 17-də Yunanıstanda tələbə etirazlarının 45-ci il dönümü qeyd edilib.

Həmin vaxt tələbə etirazlarını Politexnik institutunun tələbələri təşkil eləmişdilər .

İndiki həbslər də bu institutun ətrafında olub.

Saxlananlardan 13-nə qarşı müxtəlif cinayətlərlə ittiham irəli sürülüb.

Bu il əsas etirazlar Sturnari, Tositsa vəTsamadu-da keçirilib.

Aksiya iştirakçıları polisi daşa basıb, “Molotov kokteylləri” atıblar.

Hüquq-mühavizə qurumlarının əməkdaşları öz növbəsində səs qumbaralarından istifadə ediblər.

Toqquşmalarda 2 polis əməkdaşı da xəsarət alıb.

Hər il noyabrın 17-də Yunanıstanda tələbə atirazlarının il dönümü qeyd edilir.

Tələbələr 1973-cü il noyabrın 17-də Georgios Papadopulosun dikdator rejiminə qarşı mütəşəkkil müqavimət hərəkatı təşkil eləmişdilər.

Amma həmin vaxt dinc nümayişlər hərbçilər tərəfindən amansızcasına yatırıldı.

XS
SM
MD
LG