Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 18:35

Yüzlərlə terrorçu qrup, mafiya üzvü saxlanıb


İllüstrativ foto
İllüstrativ foto

FTB ANOM adlı xüsusi tətbiq yaradıb və şübhəli cinayətkarlar təhlükəsiz sistem vasitəsilə ünsiyyət qurduqlarını düşünərək ona qoşulublar

Üç il çəkmiş əməliyyat zamanı FTB tərəfindən gizlicə idarə olunan ANOM tətbiqi cinayətkarlar arasında yayılıb, polis onların bilgisi olmadan fəaliyyətlərini izləyib.

“Bu informasiya nəticəsində biz ötən həftə Yeni Zelandiyadan Avstraliyaya, Avropaya və ABŞ-a qədər qlobal miqyasda yüzlərlə əməliyyat gerçəkləşdirdik, 800-dən çox həbs həyata keçirilib, 700-dən çox məkanda axtarış aparılıb, 8 tondan artıq kokain müsadirə olunub”, – “Europol”in direktor müavini Jan-Filip Lekuf iyunun 8-də Haaqada Avropa polis agentliyinin qərargahında deyib.

FTB-nin direktor müavini Kelvin Şiversin sözlərinə görə, agentlik ötən 18 ay ərzində 100-dən çox ölkədə kriminal təşkilatlara 300-dən artıq kodlaşdırılmış cihaz paylayıb.

“Təkcə həbslər və müsadirə haqda eşitmirik, 100-dən çox həyata təhdid azalıb”, – o vurğulayıb.

Təkcə Avstraliyada əməliyyat çərçivəsində 224 nəfərə ittiham verildiyi bildirilir. Avstraliya mediasının yazmasına görə, Türkiyədə gizlənən avstraliyalı narkotik baronu tətbiqi təsadüfən cinayətkar aləmdə yayıb.

Avstraliya polisi dünyada 11 mindən çox kriminalın ANOM cihazlarından istifadə etdiyini açıqlayıb.

***

Beynəlxalq polis mütəşəkkil cinayətkar qruplara qarşı “dünyanın ən təkmil” əməliyyatını həyata keçirib, çoxsaylı agentliklər bu haqda məlumat yayıblar.

18 ölkədə irimiqyaslı əməliyyat zamanı terrorçu qrupları, mafiya təşkilatlarının yüzlərlə üzvləri saxlanıb.

Avstraliya və Yeni Zelandiya mütəşəkkil cinayətkarlığa “ağır zərbə” haqda məlumat yayan ilk dövlətlər olub.

Europol və Federal Təhqiqatlar Bürosu (FTB) öz regionlarındakı əməliyyatların detallarını gün ərzində açıqlayacaqlar.

“Dəmir Əməliyyat”

“Avstraliya hökuməti qlobal əməliyyatın tərkib hissəsi olaraq mütəşəkkil cinayətkarlığa ağır zərbə vurub – təkcə bu ölkədə deyil, bütün dünyada mütəşəkkil cinayətkarlığa qarşı səs salacaq bir əməliyyat aparılıb”, – Baş nazir Skot Morrison mətbuat üçün brifinqdə deyib.

“Dəmir Əməliyyat” 12-dən çox ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlığı əsasında aparılıb. Bu ölkələr sırasında Birləşmiş Ştatlar, Avropa, Avstraliya və Yeni Zelandiya var.

Yeni Zelandiya və Avstraliya polisinin bildirməsinə görə, FTB ANOM adlı xüsusi tətbiq yaradıb və şübhəli cinayətkarlar təhlükəsiz sistem vasitəsilə ünsiyyət qurduqlarını düşünərək ona qoşulublar.

18 aydan çox bir müddət ərzində şübhəlilər narkotik qaçaqçılığı, çirkli pulyuma, qətl və digər cinayətlər planlaşdırıblar.

XS
SM
MD
LG