Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:20

Müdafiə naziri ABŞ- səfiri ilə görüşüb


Bu gün, martın 27-də müdafiə naziri Zakir Həsənov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Görüşdə Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb”, məlumatda vurğulanıb.

Bu ayın sonunda səfir Sekutanın Azərbaycanda diplomatik fəaliyyətinin başa çatacağı bildirilir. O, martın 26-da Quba rayonunda səfərdə olarkən deyib ki, fəaliyyəti başa çatandan sonra da Azərbaycana gələcək.

“Mənim hər bir ailə üzvüm Azərbaycanı sevib, bu ölkəyə bağlanıb. Biz mütləq Azərbaycana başqa qismdə yenə gələcəyik. Üç ildə ikitərəfli münasibətlərin inkişafında rolu olan bir şəxs kimi, bu münasibətlərin inkişafının gələcəyi məni yaxından maraqlandırır”, deyə o qeyd edib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG