Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:45

Rusiya Kiyevin ‘təxribat’ hazırladığına dair bəyanatlarını davam etdirir


Maria Zakharova
Maria Zakharova

Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, “Ukraynanın yaxın bir neçə gün ərzində tammiqyaslı döyüş əməliyyatlarına keçməsi tamamilə mümkündür”.

Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova bu sözləri dekabrın 24-də deməklə Rusiya rəsmilərinin Kiyevin yaxın günlərdə “təxribat” törədəcəyinə dair son vaxtlar aramsız səslənən bəyanatlarını təkrar edib.

Bu əsaslandırılmamış iddialar iki ölkə arasında Kerç boğazında noyabrın 25-də baş vermiş insidentdən sonra yaranmış gərginlik şəraitində səsləndirilir. Həmin insident zamanı Rusiyanın sahil keşiyi qüvvələri Ukraynanın üç gəmisini və bu gəmilərin heyətlərini saxlayıb.

ABŞ və Avropa İttifaqı Rusiyadan gəmilərin və heyətlərin dərhal azad edilməsini tələb edirlər.

Zaxarova deyib ki, Kiyev yerüstü əməliyyatdan əlavə, başqa vasitələrlə də gərginliyi artıraraq ölkədə elan edilmiş fövqəladə vəziyyətin müddətini uzatmağa çalışır.

Moskva iddia edir ki, Petro Poroshenko fövqəladə vəziyyətdən prezidentliyini qoruyub saxlamaq üçün istifadə edir.

Sözçü bildirib ki, Ukrayna mediası Ukraynanın şərqindəki rusiyayönlü qüvvələrin kimyəvi silahdan istifadə edəcəyinə dair “ekspert” proqnozları yayır:

"Bu vəziyyət belə düşünməyə əsas verir ki, Kiyevdəki strateqlər kütləvi qırğın silahlarından istifadəni səhnələşdirmək sahəsində xarici havadarlarının təcrübəsini yaxşı təhlil ediblər”.

Dekabrın 1-də Ukrayna prezidenti Petro Poroshenko demişdi ki, Rusiya onun ölkəsinin sərhədləri boyunca böyük canlı qüvvə və hərbi texnika cəmləşdirir.

Həmin gün keçirilən hərbi tədbirə qatılan Poroshenko bildirmişdi ki, Rusiya iki ölkənin sərhədi boyunca “80 mindən çox əsgər, 1400 artilleriya və çoxpilləli raket sistemləri, 900 tank, 2300 zirehli döyüş maşını, 500 hərbi təyyarə və 300 helikopter yığıb.

Dekabrın 22-də Rusiya Ukraynadan qopardılmış Krım yarımadasına onlarca təkmil döyüş təyyarəsi gətirib.

Rusiya Ukraynanın şərqində separatçılarla hökumət qoşunları arasında davam edən münaqişə ilə hər hansı əlaqəsini inkar edir. Lakin Beynəlxalq Cinayətlər Məhkəməsi 2016-cı ilin noyabrında çıxardığı hökmdə bu münaqişənin Rusiya Federasiyası ilə Ukrayna arasında getdiyini təsdiqləyib.

XS
SM
MD
LG