Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:01

Hökumət zəhərlənmiş pambıqçılara kompensasiya verməyi düşünmür


Zəhərlənən pambıqçılar hansı məmurların adını çəkirlər?
Gözlə

No media source currently available

0:00 0:15:05 0:00

Zəhərlənən pambıqçılar hansı məmurların adını çəkirlər?

“Kəmaləddinin torpaqları…”

Son günləri ictimaiyyəti düşündürən suallardan biri də budur: Azərbaycanda pambıqçıların kütləvi zəhərlənməsinə görə məsuliyyəti kim daşıyır?

Niyə izlər aparıb məmur sahibkarlığına çıxarır? Zəhərlənən pambıqçılar öz ifadələri ilə desək, “Kəmaləddinin torpaqlarında” işlədiklərini bildirirlər.

Təhlilə keçməzdən əvvəl, onu qeyd edək ki, Səhiyyə Nazirliyi İmişlidə, iyunun 19-da baş verən zəhərlənmə hadisəsi ilə bağlı məlumat yayıb, bildirir ki, xəstəxanaya 141 nəfər müraciət edib, 12 nəfər xaric digər müaraciət edənlər evlərinə buraxılıblar.

İmişlidə baş verənlər, son 10 gündə üçüncü zəhərlənmə hadisəsidir.

Bundan əvvəl, Saatlıda 24, Tərtərdə 14 nəfər zəhərlənmədən xəstəxanaya müraciət etmişdi.

AzadlıqRadiosuna danışan pambıqçılar evə buraxılsalar da, hələ də halsız olduqlarını, özlərini yaxşı hiss etmədiklərini deyiblər.

İmişli rayon xəstəxanasında tibbi xidmətdən şikayət edən də var:

“Buna bir şey olsa, əlimdən qurtara bilməyəcəksiz. Gəlirlər, iynə vurub, gedirlər, oyanır, yenə də eyni vəziyyətdədir.”

Saatlıdakı əkin sahəsində zəhərlənən pambıqçı Rəhimə Dadaşova deyir ki, işə çıxa bilmir, sağ qolu işləmir.

Onun sözlərinə görə, torpağın sahibi pambıqçılarla heç bir əmək müqaviləsi bağlamamışdı.

Kompensasiya gündəmdə deyil

Kənd Təsərrüfatı Nazirliyindən AzadlıqRadiosuna deyiblər ki, zərərçəkən pambıqçılara kompensiyaya verilməsi gündəmdə deyil, onlara mümkün tibbi yardım göstərilib.

Bəs necə olub ki, pambıqçılar zəhərlənib? İmişli rayonunun Cavadxanlı kənd sakini Rahilə Hümbətova deyir ki, onlardan xahiş ediblər ki, zəhərlənmiş sahəyə girməsinlər, bir az gözləsinlər, amma sözlərinə qulaq asan olmayıb:

“Bizə dedilər ki, dünən axşam yeddidə zəhər səpilib, girin, amma ehtiyatlı olun. Biz də dedik ki, bir həftə gözləyək, isti vurduqca zəhər qalxacaq. Yanımızdakı sahədə də həmin vaxtı zəhər səpilirdi, 11-ə işləmiş bizdə bu vəziyyət başladı”.

Rəhilə Hümbətova deyir ki, zəhərlənənlər arasında 14 yaşında uşaq da olub, o da sahədə işləyirmiş.

Onun sözlərinə görə, kəndlilər yoxsulluqdan məcburən günü 10 manata sahədə işləyirlər, əgər rəhbərlik hesab etsə ki, hardasa alaq yaxşı edilməyib, həmin gün pulları verilmir.

Saatlıdan pambıqçı Rahimə Dadaşova deyir ki, onlar özləri çiçəyə qarşı zəhər istifadə edəndə, bir neçə gün sahəyə girmirlər, zəhərlənmə günü isə onları zəhər səpiləndən sonra gözləməyib, sahəyə göndəriblər.

Həm Saatlıdan, həm də İmişlidən zəhərlənmiş fermerlər deyirlər ki, bu il səpilən zəhər əvvəlki illərdə istifadə olunmayıb.

Zəhərlənmə baş verən pambıq sahələri kimin olub?

Zəhərlənmiş sahələr kimə məxsusdur?

Kənd Təsərrüfatı Nazirliyindən AzadlıqRadiosuna deyiblər ki, Saatlıdakı sahələr MKT şirkətinə, İmişlidəki sahə MKT-nin İnnovasiya Mərkəzinə məxsusdur.

AzadlıqRadiosunun 2017-ci ildə hazırladığı “Gilan' pambıq biznesini nəzarətə götürür” başlıqlı araşdırmasına görə, MKT şirkəti Gilan Holding-ə məxsus olub. Amma bu şirkətin özü ilə əlaqə saxlayıb baş verənlərə dair onların şərhlərini almaq mümkün olmadı.

Nazirliyin şöbə müdiri İmran Cümşüdov AzadlıqRadiosuna bildirib ki, Saatlı və Tərtərdə “Formula super” adında, İmişlidə isə sofkalara qarşı “Karovan” adında preparatlar istifadə olunub.

Zəhərlənmə hadisəsi baş vermiş Saatlı və İmişlidəki torpaq sahələrinin sahibi MKT şirkətinin veb saytı yoxdur, internetdəki telefon nömrələri isə bir neçə gündür ki, cavab vermir.

İqtisadi Tədqiqatlar Mərkəzinin kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov deyir ki, bütün hallarda baş verənlərə görə, məsuliyyəti sahibkar və hökumət daşıyır:

“Kənd Təsərrüfatı Nazirliyinin məlumatından belə başa düşürəm ki, onlar artıq bu sahəyə nəzarət edə bilmirlər. Ölkəyə müddəti keçmiş dərman preparatları gətirilir və həmin dərman preparatlarının müddəti bitdiyi üçün görünür o dərmanlardan daha çox dozada istifadə olunur və bu da həm torpaqdakı mikroorqanizmlərə, həm digər canlılara, xüsusən də insanların səhhətinə ciddi təsir edir”.

Nazirlik məsuliyyət daşımadığını deyir

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin rəisi İmran Cümşüdov deyir ki, nazirlik kütləvi zəhərlənmələrə görə məsuliyyəti öz üzərinə götürmür:

“Maarifləndirmə işini biz təşkil edirik. Bu vasitələrdən hansı qaydada istifadə etmək, eləcə də texniki təhlükəsizlik qaydaları barədə təlimat veririk. Amma istehsalçı şirkət özü sərbəst şəkildə qərar qəbul edir, pestisid alıb gətirir, kənd təsərrüfatı nazirliyi olaraq biz bunu nizamlaya bilmirik, bu, bizim funsksional işimiz deyil”.

2014-cü ilin sonunda neft ucuzlaşmağa başlayandan, hökumət kənd təsərrüfatının, xüsusilə də pambıqçılığın inkişafına dair proqramlar qəbul edib.

Pambıqçılar əvvəllər AzadlıqRadiosuna müsahibələrində işə görə az pul aldıqlarından şikayət ediblər.

Bu ilin mayında isə Sabirabad rayonunda pambıqçıları aparan traktorun qoşqusu qopub, 6 nəfər həlak olub, 2 nəfər yaralanmışdı.

XS
SM
MD
LG