Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:55

Zelenski Rusiyanın ‘lazer silahından’ qorxmadığını deyir


Volodimir Zelenski
Volodimir Zelenski

Zelenski bu silah barədə xəbəri lağa qoyub və deyib ki, belə informasiyalar Rusiya liderlərinin “fəlakətli səhvlərini” ört-basdır etmək məqsədi güdür

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın yüksək gücə malik lazer silahını işə salmağa çox yaxın olduğuna dair bəyanatını “müharibə təbliğatı” adlandırıb.

Zelenski bildirib ki, bu təbliğatla “fəlakətli səhvlərini” ört-basdır etmək istəyənlər çıxış edirlər.

Rusiya baş nazirinin müavini Yuri Borisov mayın 18-də Moskva yaxınlığında keçirilən iclasda demişdi ki, “Rusiya müxtəlif hədəfləri məsafədən yandırmağa qabil yeni lazer sistemləri” hazırlayır.

TASS agentliyi xəbər verir ki, bu lazer silahının vurma məsafəsi 5 kilometrdir və o guya istənilən dronu bir neçə saniyə ərzində külə döndədir.

Borisov bu silahdan Ukraynada isifadə olunub-olunmadığı barədə suala müsbət cavab verib.

O deyib ki, silahın “ilk prototiplərindən” Ukraynada istifadə olunur.

Yeni silahın fotoları nümayiş etdirilməyib və bu xəbərin səhihliyini müstəqil mənbələrlə yoxlamaq mümkün deyil.

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə bəyan etmişdi ki, Rusiyanın cəbbaxanasına lazer silahları da daxildir.

Borisov deyib ki, lazer sistemləri hava hücumundan müdafiə raket sistemlərini əvəz edəcək.

Onun sözlərinöə görə lazer silahı raketlərlə müqayisədə daha ucuzdur.

“Möcüzəli silah”

Borisov deyib ki, “Peresvet” adlı silah dronları vurub sala bilməsə də, 1500 metr hündürlükdə olan peykləri “kor etmək” qabiliyyətinə malikdir.

Zelenski bu silah barədə xəbəri lağa qoyub və deyib ki, belə informasiyalar Rusiya liderlərinin “fəlakətli səhvlərini” ört-basdır etmək məqsədi güdür.

Zelenski bildirib ki, Ukraynada heç cür hərbi uğur qazana bilməyən Rusiya “möcüzəli silah” axtarışındadır.

Ukrayna hərbiyyəsi mayın 18-də bildirib ki, onun qoşunları Donetsk və Luhansk vilayətlərində Rusiya ordusunun 16 hücumunu dəf edib.

Bu da xəbər verilir ki, Ukrayna hərbçiləri mayın 18-də Rusiyanın 20-dən çox zirehli texnikasını və Su-34 qırıcısını sıradan çıxarıblar.

AzadlıqRadiosu bildirir ki, Ukrayna hərbiyyəsinin bu məlumatlarını müstəqil mənbələrlərlə dəqiqləşdirmək mümkün deyil.

XS
SM
MD
LG