Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:45

Zelenski Rusiyaya sanksiyaları artırmağa çağırır


İzyumda kilsə
İzyumda kilsə

Borrel Aİ-nin Kiyevə dəstəyi davam etdirəcəyini deyib

Bu ay Ukrayna ordusu əkshücum nəticəsində Rusiyanın tutduğu ərazilərin 6 min kvadrat kilometrinə nəzarəti bərpa edib. Bunu Prezident Volodimir Zelenski açıqlayıb. O, Qərbi Moskvaya sanksiyaları artırmağa, Ukrayna əsgərlərinin azad etdikləri ərazilərə nəzarəti möhkəmləndirməsi üçün silah göndərişlərini sürətləndirməyə çağırıb.

“Sentyabrın əvvəlindən əsgərlərimiz şərqdə və cənubda Ukrayna ərazisinin 6 min kvadrat kilometrini azad ediblər, irəliləyirik”, – Zelenski gecə müraciətində deyib.

Səkkizinci sanksiya paketi

Altı min kvadrat kilometr İordan çayının qərb sahili və Qəzza zolağının birgə ərazisinə bərabərdir.

“Sanksiyaları gücləndirin – Aİ sanksiyalarının səkkizinci paketinə ehtiyac var”, – Zelenski deyib.

O, Ukraynaya yardımı artırmağa, havadan müdafiə sistemlərinin çatdırılmasını sürətləndirməyə çağırıb.

Rusiyanın təyin etdiyi məmur Vitali Qançev sentyabrın 12-də Rusiyanın “Rossiya 24” televiziyasına deyib ki, Ukrayna əsgərləri Xarkovdan şimalda Rusiyanın tutduğu əraziləri geri alıb, Rusiya sərhədinə çatıb, “5 minədək” dinc sakin Rusiyaya köçürülüb.

Qançevin sözlərinə görə, Ukrayna ordusu ötən həftə başlatdığı əkshücumda Rusiya qüvvələrini səkkiz-bir nisbətində üstələyir. O, “vəziyyətin hər saat daha da çətinləşdiyini”, Rusiyanın Belqorod vilayəti ilə sərhədin bağlandığını sözlərinə əlavə edib.

Ukrayna ordusu Rusiyayla sərhədə çatdı. Daha bir zərbəyə hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

1-ci Qvardiya Tank Ordusu da Xarkovdan çıxarılıb

Bu təsdiqlənməmiş açıqlamalardan öncə isə Ukrayna ordusu Rusiya qüvvələri üçün əsas təchizat qovşaqları olan İzyum və Kupyanska nəzarəti bərpa edib. Rusiyanın Xarkov vilayətinə təyin etdiyi administrasiya orada yerləşirdi.

Rusiya Müdafiə Nazirliyinin dərc etdiyi xəritədən Rusiya qüvvələrinin Xarkov vilayətindən tamamilə çıxdığı görünür. Britaniya Müdafiə Nazirliyinin sentyabrın 13-də yaydığı bülletendə deyilir ki, Rusiyanın ən nüfuzlu zirehli bölmələrindən biri də Xarkovdan çıxarılan qüvvələr sırasındadır. Söhbət 1-ci Qvardiya Tank Ordusundan gedir.

Ukrayna əsgərləri isə Xarkov vilayətində binaların üstünə Ukrayna bayraqları taxmalarının videolarını paylaşıblar. Bəzi videolarda Rusiya əsgərlərinin qaçarkən geridə buraxdığı artilleriya və tank hissələri görünür.

Moskvanın reaksiyası necə olacaq

Ancaq Ukrayna əsgərləri əkshücuma keçdiyi bir vaxtda Moskvanın buna daha zorakı reaksiya verəcəyi sarıdan narahatlıq artır. Ukrayna rəsmiləri Rusiyanın artıq vacib mülki infrastruktura raket zərbələri endirdiyini bildirir. Xarkov şəhərində su və elektrik kəsilib.

Aİ-nin Xarici siyasət rəhbəri Jozep Borrel sentyabrın 12-d Ukraynanın Xarici işlər naziri Dmitro Kuelba ilə əkshücumu müzakirə edib. Borrel Aİ-nin Kiyevə dəstəyi davam etdirəcəyini deyib.


“Strategiyamız işləyir: Ukraynaya əkshücumda kömək, Rusiyaya sanksiyalarla təzyiq etmək və dünyada tərəfdaşları dəstəkləmək”, – Borrel bildirib.

XS
SM
MD
LG