Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:30

Zəlzələdən zərər çəkənlər çadırda gecələyəcək


Arxiv fotosu: Zaqatalada 2012-ci ildə baş verən zəlzələdə Ələsgər kəndinin ziyan çəkmiş evlərindən biri
Arxiv fotosu: Zaqatalada 2012-ci ildə baş verən zəlzələdə Ələsgər kəndinin ziyan çəkmiş evlərindən biri

Sentyabrın 3-də Şəkidə baş verən güclü zəlzələ 2 kənddə dağıntı törədib. Rayonun Bolludərə və Qaratorpaq kəndində bəzi ailələr gecəni çadırda keçirəcək.

Bu barədə ANS PRESS agentliyi Bolludərə kənd bələdiyyəsinin sədri Mehman Rəcəbova istinadla məlumat yayıb.

Onun sözlərinə görəbəzi evlərin divarları dağılıb, kənddəki uşaq bağçası tamamilə yararsız hala düşüb. Kənddəki iki məktəb binasına da ciddi ziyan dəyib.

Bundan başqa Taxıl anbarı qəzalı vəziyyətə düşüb.

Mehman Rəcəbov bildirib ki, kənddəki bəzi evlər yararsız hala düşdüyündən Fövqaladə Hallar Nazirliyinin əməkdaşları gecələmək üçün həmin sakinlərə çadırlar paylanacaq.

Həmçinin Qaratorpaq kəndində də evlərə ciddi ziyan dəydiyi bildirilir.

Bu kənddə də evlərinə ciddi ziyan dəymiş sakinlərə çadırlar paylanacağı bildirilir.

Bundan başqa kənddəki uşaq bağçası ilə seçki məntəqəsi yararsız vəziyyətə düşüb.

Bunuda ANS-ə Mehman Rəcəbov deyib.

Onun sözlərinə görə, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və FHN-in yüksək vəzifəli şəxsləri bu kəndlərə baş çəkərəkŞ müvafiq tapşırıqlar verib, zərər çəkən evlər qeydiyyata alınıb.

Qeyd edək ki, bu ANS PRESS-in məlumatıdır.

Amma biz kənd sakinləri ilə əlaqə saxlamaq istəsək də bu mümkün olmadı.

Bu gün səhər yerli vaxtla saat 09:49 radələrində Şəkidə 7 bal gücündə zəlzələ olub.

Bu Şəki və ətraf rayonlarda 6-5 bal gücündə hiss olunub.

Zəlzələ Şəki ilə yanaşı Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən və digər ətraf rayonlarda da hiss edilib.

XS
SM
MD
LG