Nəqliyyat Naziri Ziya Məmmədov Neftçalada vətəndaşları qəbul edəcək
Nazirliyin rəsmi saytında gedən məlumata görə, nazir vətəndaşların qəbulu və müraciətlərinə baxılması, nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə oktyabrın 23-dəNeftçala şəhərində Salyan, Biləsuvar və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyənlərin qeydiyyatı oktyabrın 21-i saat 09:00-dan 18:00-dək aşağıdakı ünvanlarda aparılacaq:
1. Salyan “20 saylı Yol İstismarı İdarəsi” (Salyan şəhəri, 20 Yanvar küçəsi-1)
2. Biləsuvar “21 saylı Yol İstismarı İdarəsi” (Biləsuvar şəhəri, Vaqif küçəsi, 1)
3. Neftçala “39 saylı Yol İstismarı İdarəsi” (Neftçala şəhəri, 33-cü məhəllə)
Bundan əvvəl prezident Nəqliyyat Nazirliyinin bir sıra səlahiyyətlərini alaraq başqa qurumlara verib. Bu da Ziya Məmmədovun tezliklə işdən çıxarılacağı haqda söz-söhbətin yayılmasına yol açıb.
Mətbuat onun işə çıxmadığını, hətta onun xaricə qaçdığını yazırdı.