Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:38

Ələtdə Türkmənistan maşınlarının uzun növbəsi yaranıb


Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında ( Bakıdan 70 kilometr aralı) Türkmənistana məxsus çoxlu sayda yük avtomobilinin artıq 20 gündən çoxdur ki, gəmi gözlədiyi bildirilir.

Məlumata görə, yanvarın 7-də Türkmənistandan gəmi gəlsə də, bu məsələ yoluna qoyumlayıb.

Sürücülərin bildirməsinə görə, Azərbaycan rəsmiləri onlardan ölkədə icazə verilmiş müddətdən artıq qaldıqlarına görə, əlavə ödəniş tələb edirlər və bu üzdən gəmiyə minməyə icazə verilməyib.

Türkmənistan yük avtomobillərinin sürücüləri də əlavə pul verməkdən imtina etdiklərini söyləyiblər.

"Gəmi yalnız 51 yük avtomobili daşıya bilir. Əvvəl Türkmənistan gəmiləri hər üç gündən bir gəlirdi. İndi isə gəmilərdən biri təmirdədir, digəri isə adətən Həştərxana yollanır, bu da uzunmüddətli ləngimələrə gətirib çıxarır" - deyə yük maşınlarının sürücüləri bildiriblər.

Sürücülər bildirirlər ki, onlar Türkmənistan tərəfinə görə artıq çoxlu pul itiriblər.

Bakı Beynəlxalq Ticarət Limanı
Gözlə

No media source currently available

0:00 0:00:19 0:00

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından cavab

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından isə bildirilib ki, Türkmənistandan gəlmiş 50 yük avtomobili hazırda limandadır:

"Avtomobillər limandadır, uzun müddətdir ki, Türkəmistandan gəmi gəlmədiyinə görə, limandan çıxa bilmirlər”.

Limandan habelə qeyd ediblər ki, qanunvericiliyə görə, ölkədə müəyyən olunmuş müddətdən artıq qalan yük daşıyan avtomobillər buna görə, də əlavə ödəniş etməlidir.

XS
SM
MD
LG