Talvitienin səfəri başlayır

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi, səfir Heikki Talvitie

İyulun 29-da ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi, səfir Heikki Talvitienin Azərbaycana səfəri başlayır.

İki günlük səfər zamanı səfir Talvitie prezident İlham Əliyev, Xarici İşlər naziri Elmar Məmmədyarov, siyasi partiya rəhbərləri və mətbuat nümayəndələri, eləcə də ATƏT-ə üzv olan dövlətlərin Bakıdakı səfirləri ilə görüşəcək. Talvitie səfərin sonunda iyulun 30-da mətbuat konfransı keçirəcək.

Talvitie ATƏT-in Minsk Konfransının həmsədri və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi (2003-2006) vəzifələrində çalışıb. 2008-ci ilin yanvar ayından o, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi elçisidir.