«Terroru qətiyyətlə pisləyirik» <img src="/img/icon-photogallary.gif" border=0 />

Səfirliyin qarşısında aksiya. 29 iyul 2008

«Biz Azərbaycan gəncliyinin təmsilçiləri olaraq baş vermiş bu terror aktını qətiyyətlə pisləyirik. Azərbaycan gəncləri olaraq qardaş Türkiyə əhalisinin acısını bölüşür, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk».

Türkiyənin İstanbul şəhərində baş verən terror hadisəsi ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirən «İrəli» gənclər hərəkatının bəyanatında belə deyilir.

«İrəli» gənclər hərəkatının üzvilərini qəbul edən Türkiyənin azərbaycandakı səfiri Xulusi Kılıc gənclərin bu hərəkətini Türkiyəyə dəstək olaraq qəbul edib.

İstanbulun mərkəzi küçələrindən biri olan Güngörnəndə iyulun 27-i baş vermiş terror hadisəsi 18 insanın həyatına son qoyub.