Helsinki Komissiyasında keçirilən dinləmələrdə Azərbaycanın Amerikadakı səfiri Yaşar Əliyev də çıxış edib.
Dinləmələr üçün əvvəlcədən təqdim edilən məruzənin mətnində deyilir ki, səfir Dağlıq Qarabağ məsələsini qabardıb, deyib ki, Azərbaycan beynəlxalq ictimaiyyətdən bu problemin həllində kömək gözləyir. O, bildirib ki, əgər Azərbaycanda insan haqlarıyla bağlı problemlərin həlli məsələsindən danışılırsa, öncə 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarında dinc yaşamaq hüququnun bərpa edilməsindən başlanmalıdır.
Yaşar Əliyev deyib ki, Azərbaycan demokratiya sahəsində bir sıra uğurlar əldə edib – məsələn ölkədə 1000-dən çox mətbuat orqanı çıxır, 50-dən çox siyasi partiya fəaliyyət göstərir. Bütün seçkilər beynəlxalq müşahidəçilərə açıq olub, bu ilki prezident seçkilərini də 500-ə yaxın müşahidəçi izləyəcək.
Səfir deyib ki, seçki prosesini təkmilləşdirmək Azərbaycan üçün prioritetdir və bunun üçün seçki qanunlarına dəyişikliklər də edilib, məsələn, barmaqların mürəkkəblənməsi, səsvermə gününün qeyri-iş günü elan edilməsi, prezidentliyə namizəd kimi qeydiyyata alınmaq üçün tələb edilən imzaların sayının 45 mindən 40 minə endirilməsi və sair. Diplomatın dediyinə görə Avropa Şurasının Venesiya Komissiyası da bu dəyişikliklərə müsbət rəy verib.
Yaşar Əliyev deyib ki, ölkədə 3 mindən çox yerli və beynəlxalq qeyri-hökumət təşkilatı fəaliyyət göstərir və hökumət bu sektorun demokratik cəmiyyətin inkişafında vacibliyini anlayaraq QHT-lərə dəstək üçün ayrıca qurum yaradıb, onların layihələrinə milyon yarım dollar ayrılacaq.
Yaşar Əliyev deyib ki, Azərbaycan hökumət korrupsiyaya qarşı mübarizəni gücləndirmək üçün də bir sıra tədbirlər görüb. Səfir deyib ki, demokratiyanın inkişafı səbir tələb edir və ümid edir ki, son illər dünyanın müxtəlif bölgələrinə demokratiya gətirən Amerika bu çətinliyi yaxşı anlayır.
Yaşar Əliyev deyib ki, Azərbaycan demokratiya yoluyla addımlayan gənc ölkədir və demokratik dəyərlərə sadiqdir, amma onun sözlərinə görə, Azərbaycan həm də tez-tez onunla bağlı Amerika ictimaiyyətini çaşdıran məlumatların yayılması kampaniyalarından əziyyət çəkir.
Dinləmələrə Amerika Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Devid Kramer də qatılıb.
Onun dinləmələr üçün əvvəlcədən təqdim etdiyi məruzənin mətnində deyilir - Amerikanın Azərbaycanda 3 eyni əhəmiyyətə malik sahədə maraqları var – demokratik və iqtisadi islahatlar, enerji yollarının müxtəlifləşdirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlıq. Kramer deyib ki, Azərbaycan NATO-ya Əfqanıstandakı əməliyyatları üçün vacib olan hava dəhlizi ayırıb, İraqda sülhməramlı missiyada iştirak edir və enerji yollarının müxtəlifləşdirilməsinə töhfə verib. Onun bildirdiyinə görə, Amerika demokratiyanın inkişafı sahəsində əməkdaşlığı da enerji və təhlükəsizlik əməkdaşlıqları səviyyəsinə qaldırmağa çalışır. Onun sözlərinə görə, dost olmaq dostun vəziyyətinə biganə qalmaq demək deyil.
Kramer deyib ki, Amerikanın Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı bəzi ciddi narahatlıqları var və bəzi sahələrdə vəziyyət pisləşib. O, bildirib ki, keçən il 7 jurnalist azadlığa buraxılsa da, hələ həbsdə qalanlar var. Kramer deyib ki, o Azərbaycan rəsmiləri ilə görüşlərində onları çağırıb ki, qalan jurnalistləri də azad eləsinlər, Aqil Xəlil, Emin Hüseynov kimi jurnalistlərə qarşı zorakılıqları şəffaf şəkildə araşdırsınlar. Kramer deyib ki, məmnundur ki, onun səfərindən sonra hökumət Aqil Xəlilə xaricə getməyə icazə verib və indi o, Fransadadır. Kramer düşünür ki, Azərbaycan həm də böhtana görə cinayət təqibini ləğv etməlidi.
Kramer həm də deyib ki, QHT-lər Azərbaycanda hələ də siyasi məhbusların qaldığını bildirirlər. Korrupsiya xüsusən məhkəmə və hüquq-mühafizə orqanlarında geniş yayılıb.
Qarşıdan gələn prezident seçkilərinə toxunan Kramer bildirib ki, onlar müxalif səslər üçün siyasi məkanın daralmasından narahatdırlar. O, deyib ki, narahatdırlar ki, Azərbaycanda seçkiləri müşahidə edən ən böyük müstəqil monitorinq qurumunun – Seçki Monitorinq Mərkəzinin qeydiyyatı ləğv edilib. O, Azərbaycan hökumətini çağırıb ki, qurumun qeydiyyatını bərpa etsin. Kramer bildirib ki, Amerika heç kəsə seçki nəticələrini diktə etmir, məqsəd seçkinin azad və ədalətli keçməsi üçün əlverişli mühitin yaradılmasına kömək etməkdir.