Olimpiadaya hazırlaşan Çin hökuməti çirklənmənin qarşısını almaq üçün təcili tədbirlər görməli olub. Daha 200 fabrikin fəaliyyəti dayandırılıb, maşınların hərəkətinə daha çox məhdudiyyət qoyulub.
Pekində ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün ayın əvvəlindən tədbir görülüb, tikintilər dayandırılıb, şəhərdəki 3 milyon nəqliyyatın yarısı yollardan çıxarılıb, paytaxt və paytaxt ətrafında fabriklərin çoxu bağlıdır.
Pekin o qədər çirkli şəhərdir ki, olimpiadaya gedən idmançıların xeyli hissəsi Yaponiyada, Cənubi Koreyada qalır. Bəziləri yalnız oyun günü Pekinə getmək fikrindədirlər.
Olimpiya oyunları avqustun 8-də başlayır.