Seçkiləri bir neçə missiya müşahidə edəcək

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi

«Oktyabrda keçiriləcək prezident seçkisini Avropa Parlamentinin missiyası, Avropa Birliyi, Avropa Şurası və ATƏT-in nümayəndələri də müşahidə edəcək».

Azərbaycanda səfərdə olan Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi jurnalistlərə açıqlamasında belə deyib:

«Mən güman edirəm ki, bir neçə missiya olacaq. Ən önəmlisi, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası olacaq ki, Avropa Birliyi ölkələrinin burda iştirakı son zamanlar baş verən bir çox seçkilərdəki kimi çox geniş olacaq».

Semnebi müşahidə proseduru ilə bağlı onu bildirib ki, bütün bu missiyalar seçkidən bir gün sonra birgə ilkin bəyanat yaymağa razılaşır. Sonra isə daha təfərrüatlı bəyanat veriləcək.