Klassik Xalq Cəbhəsi Partiyası seçkidə iştirakdan imtina edib

Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin avqustun 2-də keçirilən iclasında partiyanın prezident seçkisində iştirak etməməsi barədə qərar qəbul olunub.

Bu barədə «Trend News»a partiyanın Ali Məclisinin sədri Zəlimxan Məmmədli məlumat verib.

«Seçkidə iştirak etmək üçün demokratik şərait yaradılmayıb. Ali Məclisin iclasında əksəriyyət seçkidə iştirak etməməyin tərəfdarı olub», - deyə o, bildirib.